26 May 2014 09:05
428
Səhiyyə
A- A+

Milli Onkologiya Mərkəzi Pirallahıda səyyar qəbul keçirmişdir

Mayın 26-da Milli Onkologiya Mərkəzinin yüksək ixtisaslı həkimləri və mütəxəssislərindən ibarət səyyar briqadası Bakının Pirallahı rayonunun sakinlərini qəbul etmişdir.

Pirallahı Rayon İcra Hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, səyyar qəbul çox yüksək səviyyədə təşkil edilmişdir. Rayon icra hakimiyyətinin səyləri ilə tibb işçilərinin xalqımıza hərtərəfli və səmərəli xidmət göstərməsi üçün hər cür şərait yaradılmışdır. Səyyar Diaqnostika Kompleksi iki avtomaşına yerləşdirilmiş rentgen aparatı, ginekologiya, mammoqrafiya və ultrasəs kabinetləri, digər tibbi aparatlar və cihazlardan ibarətdir. Pirallahı rayonu zəhmətkeşlərinin xidmətinə 14 nəfərdən ibarət yüksək ixtisaslı həkim-onkoloqlardan ibarət briqada gəlmişdir. Bir mammoloq-həkim, baş-boyun şişləri mütəxəssisi, iki onkoloq, bir abdominal cərrah və digər ixtisas sahibləri profilaktik müayinəni yüksək peşəkarlıqla həyata keçirirlər.
Sakinlərin qəbuluna və müayinəsinə rəhbərlik edən respublikanın baş onkoloqu, tibb üzrə fəlsəfə doktoru Azad Kərimli demişdir ki, bu cür səyyar profilaktik müayinələrin məqsədi şiş xəstəliklərinin, o cümlədən xərçəng və xərçəng önü xəstəliklərin vaxtında aşkar edilib müalicəyə cəlb olunmasıdır. Baş onkoloq vurğulamışdır ki, xərçəng xəstəlikləri vaxtında aşkar olunarsa, yerləşməsindən asılı olmayaraq, yüz faiz sağalmaya nail olmaq mümkündür və bu işdə Səyyar Diaqnostika Kompleksinin rolu əvəzsizdir.
Günorta saat 1-dək artıq 300 nəfər müayinədən keçmişdir. Lakin müayinə olunmaq arzusunda olanlar hələ də qalmaqdadır. Həkimlər bildirirlər ki, ehtiyac yarandığı təqdirdə onlar axşam saatlarınadək müayinəni davam etdirəcəklər.
Pirallahıda səyyar diaqnostik müayinə mayın 27-də də həyata keçiriləcəkdir.  

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video