10 Fevral 2021 19:50
1135
PARLAMENT
A- A+

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşəbbüsü ilə konfrans keçirilib

 

Fevralın 10-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşəbbüsü ilə “Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə ekoloji vəziyyət, perspektiv layihələr və innovativ Qarabağ” mövzusunda onlayn konfrans keçirilib.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, parlamentin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov onlayn tədbiri açaraq bildirib ki, konfrans çox aktual mövzuya həsr olunub.

Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 30 ilə yaxın işğal altında olan torpaqlarımızı 44 günlük Vətən müharibəsi nəticəsində azad etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Hazırda işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası işləri qarşıda dayanan ən mühüm məsələlərdən biridir.

Sadiq Qurbanov bildirib ki, XXI əsrin əsas çağırışlarından biri ekoloji tarazlığın təmin edilməsidir. Buraya təbii resursların intensiv istismarının, neft-qaz və kömür hasilatının məhdudlaşdırılması, bərpaolunan enerji növlərinə, yaşıl və mavi iqtisadiyyata üstünlük verilməsi, su ehtiyatlarının səmərəli istifadəsi, karbon qazının həcminin azaldılması, təkrar emal və digər məsələlər daxildir.

Sonra onlayn konfransda çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, energetika nazirinin müavini Samir Vəliyev, iqtisadiyyat nazirinin müavini Elnur Əliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qarşıda duran vəzifələrlə bağlı fikirlərini bildiriblər.

Tədbirdə işğaldan azad edilmiş ərazilərə qayıdış, ətraf mühitin qorunması və enerji təminatı, sahibkarların quruculuq işlərinə cəlb olunması, həmin torpaqlarda dövlət-özəl sektor əməkdaşlığının perspektivləri, bölgədə kənd təsərrüfatının inkişafı və digər məsələlər geniş müzakirə olunub.

Onlayn konfransa yekun vuran komitə sədri Sadiq Qurbanov konfransın səmərəli keçdiyini bildirib, səslənən fikir və təkliflərin faydalı olacağına əminliyini ifadə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video