07 Sentyabr 2021 21:47
1174
PARLAMENT
A- A+

Milli Məclisin sədri Yaponiya Parlamentinin Müşavirlər Palatasının sədri ilə görüşüb

 

Avstriyanın paytaxtı Vyanada işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 7-də Yaponiya Parlamentinin Müşavirlər Palatasının sədri Akiko Santo ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, yaponiyalı həmkarını salamlayan Milli Məclisin sədri "Tokio-2020" 32-ci Yay Olimpiya Oyunlarının uğurla başa çatması münasibətilə Akiko Santonu təbrik edib. Milli Məclisin sədri Azərbaycanın Yaponiya ilə əlaqələrin inkişafında maraqlı olduğunu və bu sahədə yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin mühüm rol oynadığını diqqətə çatdırıb.

Qeyd edilib ki, iki ölkə arasında bir çox sahələri əhatə edən münasibətlər uğurla inkişaf edir. Ölkələrimiz arasında imzalanmış çoxsaylı sənədlər əməkdaşlığımızın hüquqi bazasını formalaşdırıb.

Görüşdə Azərbaycan və Yaponiya parlamentləri arasında münasibətlərə toxunan Sahibə Qafarova hər iki ölkənin parlamentində fəaliyyət göstərən qarşılıqlı əlaqələr üzrə işçi qruplarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı Sahibə Qafarova bölgədə yaranmış yeni reallıqlar, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbə, ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın icrası istiqamətində ölkəmizdə görülən işlər barədə həmkarına ətraflı məlumat verib. Həmçinin Ermənistanın regionda sülh və sabitliyin təmin olunmasına əngəl törədən təxribatları barədə də həmkarını məlumatlandırıb.

Milli Məclisin sədri Sahibə Qafarovanı salamlayan Yaponiya Parlamentinin Müşavirlər Palatasının sədri Akiko Santo ölkəsinin Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. O, Azərbaycanla Yaponiya arasında bir çox sahələrdə olduğu kimi, parlamentlərarası münasibətlərin inkişafı üçün də böyük potensialın olduğunu qeyd edib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə tərəflər bir-birilərini qarşılıqlı səfərlərə dəvət ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video