06 Sentyabr 2021 23:21
1803
PARLAMENT
A- A+

Milli Məclisin sədri Vyanada Qadın Parlament Sədrlərinin 13-cü Sammitində çıxış edib

 

Sentyabrın 6-da Milli Məclisin sədri Sahibə Qafarova Vyanada Parlamentlərarası İttifaqın təşkilatçılığı ilə keçirilən Qadın parlament sədrlərinin 13-cü Sammitində çıxış edib.

AZƏRTAC xəbər verir ki, Sahibə Qafarova pandemiya və postpandemiya dövrlərində qadınlara diqqət yetirməyin onların daha yaxşı və daha təhlükəsiz dünyaya verdikləri əhəmiyyətli töhfənin tanınması anlamına gəldiyini bildirib. Bu gün cəmiyyətlərimizin əsas hissəsini təşkil edən qadınlar qlobal pandemiyaya qarşı mübarizədə əhəmiyyətli rol oynamağa davam edirlər. O bildirib ki, bu gün nailiyyətlərimizi qoruyub saxlamaq və postpandemiya dövründə inkişaf etdirmək üçün qadınların səlahiyyətlərinin artırılması çox vacibdir.

Milli Məclisin sədri Azərbaycanda qadınlarla bağlı həyata keçirilən dövlət siyasətinin uğurları barədə məlumat verərək deyib ki, Azərbaycanda qadınlar cəmiyyətdə mühüm rol oynayırlar. S.Qafarova xüsusilə vurğulayıb ki, Azərbaycan müsəlman dünyasında qadınlara səsvermə və seçilmə hüququ verən ilk ölkə olub. Bu, hətta bir çox Avropa ölkəsindən daha əvvəl - 1918-ci ildə baş verib.

O bildirib ki, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə qadınların hüquqlarının qorunması və onlara geniş imkanların yaradılması istiqamətində mühüm işlər görülüb. O cümlədən Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, qadınların rolunun artırılması və qadınlarla bağlı mühüm qərarların, habelə müxtəlif qanunların qəbul edilməsi, gender bərabərsizliyinin və qadınlara qarşı zorakılığın aradan qaldırılması və digər tədbirlər Azərbaycanda qadınlarla bağlı dövlət siyasətinin uğurla həyata keçirilməsində mühüm rol oynayıb. S.Qafarova qeyd edib ki, bu gün Azərbaycanda qadınlar qərarqəbuletmədə yüksək vəzifələr tuturlar.

Sonra Sahibə Qafarova ölkəmizdə gender bərabərliyinin təmin olunması, qadınların fəallığının artırılması istiqamətində həyata keçirilən geniş tədbirlər, yerli və beynəlxalq layihələr barədə də məlumat verib və bu qəbildən olan layihələrin pandemiyadan sonrakı dövrdə də uğurla davam etdiriləcəyinə inandığını bildirib.

Milli Məclisin sədri çıxışında qaçqın və məcburi köçkün olan qadınların üzləşdiyi problemlər barədə də danışıb. O qeyd edib ki, pandemiya dövründə bütün dünyada qaçqın və məcburi köçkün düşmüş qadın və qızların qayğı və ehtiyaclarına diqqət yetirilməli, bu qrupdan olan şəxslərin layiqli və təhlükəsiz şəraitdə doğma yurdlarına geri qayıtmaq hüquqları təbliğ və təşviq edilməlidir. Təəssüf ki, bu gün bu həssas qruplara sahib bir çox ölkə var. Bu ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə XX əsrin sonlarında Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz doğma yurdlarını tərk etmiş bir milyondan çox qaçqın və məcburi köçkün var, onların böyük hissəsi qadınlar və qızlardır.

Milli Məclisin sədri xatırladıb ki, ötən il Azərbaycan 44 günlük Vətən müharibəsində öz imkanları və gücü hesabına ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoydu və öz tarixi torpaqlarını - Qarabağı azad edərək ərazi bütövlüyünü bərpa etdi. 2020-ci il noyabrın 10-da bölgədə davamlı sülhün təmin edilməsinə yönəlmiş Üçtərəfli Bəyanat imzalanıb. Təəssüf ki, Ermənistan tərəfindən həmin ərazilərin minalanması və sərhədimizdə davamlı təxribatlar törədilməsi sülhyaratma prosesinə mane olur.

Sonda Sahibə Qafarova ümidvar olduğunu bildirib ki, biz deputatlar münaqişənin təsir etdiyi qadınlara pandemiyadan sonrakı yeni şəraitdə daha rahat və məhsuldar bir həyat yaşamalarına kömək etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. O, bu Sammitin nəticələrinin qadınların və qızların rifahına töhfə verəcəyinə inandığını vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video