07 Oktyabr 2021 00:43
1160
PARLAMENT
A- A+

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Slovakiya Respublikasında rəsmi səfərdə olacaq

 

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti oktyabrın 7-dən Slovakiya Respublikasının paytaxtı Bratislava şəhərində rəsmi səfərdə olacaq.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin bildirdiyinə görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədrləri - Sadiq Qurbanov, Musa Quliyev, Zahid Oruc, Slovakiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Anar Məmmədov, deputatlardan Sədaqət Vəliyeva, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Səfər çərçivəsində Milli Məclis Sədrinin Slovakiya Respublikasının Baş naziri, Milli Şuranın sədri, ölkənin xarici işlər naziri ilə görüşləri nəzərdə tutulub.

Görüşlərdə ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın dərinləşməsi,  parlamentlərarası əlaqələrimizin bu günü və gələcək inkişaf istiqamətləri, qanun yaradıcılığında təcrübə və informasiya mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər müddətində nümayəndə heyətimizin üzvləri Slovakiya qanunvericilik orqanının fəaliyyəti ilə maraqlanacaq, Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşdə münasibətlərimizin dərinləşməsi barədə fikirlərini bölüşəcəklər.

Səfər oktyabrın 9-da başa çatacaq.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video