24 Avqust 2021 15:14
1639
PARLAMENT
A- A+

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüşüb

 

Avqustun 24-də Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, sədr qonağı salamlayaraq, Azərbaycanın dost Qazaxıstanla əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib. Görüşdə qardaş ölkələrimiz arasında dostluq münasibətlərinin əsasının ulu öndər Heydər Əliyev və Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev tərəfindən qoyulduğu qeyd olunaraq, hazırda bu siyasətin Azərbaycanın və Qazaxıstanın dövlət başçıları tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb.

Sahibə Qafarova vurğulayıb ki, ikitərəfli münasibətlərimiz parlamentlər səviyyəsində də yüksələn xətlə inkişaf edir. Sədr hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının əməkdaşlığını təqdir edib. Bildirilib ki, deputatlarımızın qarşılıqlı səfərləri, nüfuzlu beynəlxalq parlament təşkilatlarında mütəmadi görüşlərin keçirilməsi tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətlidir. Milli Məclisin sədri TÜRK PA çərçivəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkarimov xalqlarımız arasında münasibətlərin qədim tarixi olduğunu deyib. Bildirilib ki, iqtisadi, mədəni, humanitar sahələrdə də əməkdaşlığımız uğurla inkişaf edir.

Səfir Azərbaycanın şanlı Qələbəsinin regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi işinə xidmət etdiyini bildirib. O, iki ölkənin deputatlarının müxtəlif platformalarda görüşlərinin, qarşılıqlı səfərlərinin önəmini vurğulayaraq, Qazaxıstanın Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəklədiyini bildirib.

Görüşdə pandemiya, regionda baş verən hadisələr və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video