18:43 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


01:30 27.11.2021

Babək hünərli igid


01:30 27.11.2021

Dünyanın yeni problemi


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli Məclisin sədri: Parlamentlər demokratik institutların qarşısında duran vəzifələri həll etmək üçün hərəkətə keçməlidir
ANA SƏHİFƏ / PARLAMENT
20:18 22.10.2021

 

Oktyabrın 22-də Milli Məclisin sədri Sahibə Qafarova Parlament Sədrlərinin Avropa Konfransında “Bütün Avropa vətəndaşlarının ümumi gələcəyi” mövzusunda çıxış edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sahibə Qafarova toplantı üçün seçilmiş mövzunun Avropanın ümumi gələcəyi ilə bağlı məsələlərin geniş bir kompleksini müzakirə etməyə imkan yaratdığını qeyd edib. Diqqətə çatdırılıb ki, 72 il bundan əvvəl Avropa xalqları Avropa Şurasının simasında ümumi Avropa evi qurmağı qərara aldılar. Onlar bəyan etdilər ki, Avropada daha böyük vəhdətə nail olmağın ən səmərəli vasitələri plüralist demokratiya, qanunun aliliyi və insan hüquqlarıdır. Ötən dövrdə Avropada çox şey dəyişsə də, Avropa xalqlarını ümumi evdə ümumi dəyərlər ətrafında birləşdirən bu prinsiplər dəyişməz qalıb.

Milli Məclisin sədri deyib ki, əgər ötən dövrdə Avropanın əksər ölkələrində demokratiyanın inkişafı yolunda qarşıya çıxan çətinliklər əsasən daxili xarakter daşıyırdısa, müasir dünya bu problemlər siyahısını daha da artıraraq ona terrorizm, transmilli cinayətkarlıq, qanunsuz miqrasiya kimi problemləri də əlavə edib.

Sahibə Qafarova diqqətə çatdırıb ki, müasir dövrün çağırışları demokratik idarəçilik problemlərinin ötən dövrdə təşəkkül tapmış paradiqma çərçivəsində həllinin mümkün olmadığını göstərir. O, məsələlərin həllində ayrı-seçkiliyi istisna edən vahid yanaşmanın formalaşdırılmasının, demokratik dəyərlər sistemi üçün təhdidlər doğuran təhlükəsizlik problemlərinin, xüsusən dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə qəsdlərin, etnik separatizmin, davakar millətçiliyin dayandırılmasının və aradan qaldırılmasının vacibliyini qeyd edib.

Milli Məclisin sədri beynəlxalq problemlər və çağırışlar üçün birgə həll yolunun işlənib hazırlanması məqsədilə dünya parlamentlərini bir araya gətirməyin mühüm əhəmiyyət kəsb etdiyinə inamını ifadə edib. Deyib ki, Avropa Şurasının iki üzvü olan Ermənistanla Azərbaycan arasında mövcud olmuş və artıq keçmişdə qalmış münaqişənin həlli ilə bağlı danışıqların uğursuzluqla nəticələnməsi timsalında söyləyə bilərik ki, ortaq həll yolunun tapılmaması dövlətlərarası uzunmüddətli münaqişələrə səbəb olur. Uzun illər ərzində münaqişənin sülh yolu ilə nizama salınması üçün göstərilən beynəlxalq səylərin nəticə verməməsinin bir səbəbi Ermənistanın beynəlxalq hüquq normalarına və prinsiplərinə məhəl qoymaması, danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutması idisə, digər səbəbi təcavüzkar dövlətin öz adı ilə çağırılmaması, bir sıra hallarda işğalçı dövlətlə işğala məruz qalan dövlətin bir tutulması, beynəlxalq birliyin tələblərinə məhəl qoymayan, beynəlxalq qaydalara meydan oxuyan Ermənistan dövlətinə münasibətdə lazımi qətiyyət göstərilməməsi olub.

Bildirilib ki, əgər münaqişənin həllində ikili standartlara yol verilməsəydi, Azərbaycan işğal edilmiş torpaqlarının azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini, digər beynəlxalq təşkilatların sənədlərini öz gücü ilə icra etməyə məcbur olmazdı.

Sahibə Qafarova xatırladıb ki, ötən il sentyabrın 27-də Ermənistanın daha bir təxribatından sonra Azərbaycan BMT-nin Nizamnaməsi ilə nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək təcavüzkarı dayandırmaq və Azərbaycan torpaqlarının işğalına son qoymaq üçün əks-hücum əməliyyatlarına başladı. Xalqımızın 44 günlük Vətən müharibəsi nəticəsində biz beynəlxalq ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Bununla da Cənubi Qafqaz bölgəsində yeni geosiyasi reallıq yarandı.

Parlamentin sədri diqqətə çatdırıb ki, “Dağlıq Qarabağ” münaqişəsi artıq mövcud deyil. Ermənistan yeni reallıqla barışaraq onu qəbul etməli, 2020-ci ilin noyabrında və 2021-ci ilin yanvarında imzalanmış, bölgənin sülh və təhlükəsizlik məkanına çevrilməsinin parametrlərini özündə ehtiva edən üçtərəfli bəyanatları tam yerinə yetirməlidir.

“Hesab edirik ki, bölgənin sülh, sabitlik və inkişaf məkanına çevrilməsi Avropanın gələcəyi baxımından da son dərəcə əhəmiyyətlidir”, - deyən Milli Məclisin sədri vurğulayıb ki, parlamentlər demokratik institutların və siyasi sistemlərimizin qarşısında duran vəzifələri həll etmək üçün hərəkətə keçməlidir. Biz diqqəti daha çox enerjili vətəndaş cəmiyyətinin mədəni müxtəlifliyinə və diskriminasiyanın olmadığı, inklüzivlik, tolerantlıq, ədalət, həmrəylik kimi ümumi dəyərlərə malik cəmiyyətə yönəltməliyik. Bu cəmiyyətdə insanlar inanmalıdırlar ki, demokratiya, insan hüquqları, gender bərabərliyi və qanunun aliliyi prinsipləri dayanıqlı sülh və tərəqqiyə nail olmaq üçün ən yaxşı vasitədir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM