13:26 25 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:50 25.09.2021

Qürurlu və mətin


01:45 25.09.2021

Karl Benzin benzinli...


01:45 25.09.2021

Buxardan hidrogenədək


01:41 25.09.2021

Sidneydən Londona 4 günə


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli Məclisin sədri İran Prezidentinin andiçmə mərasimində iştirak edib
ANA SƏHİFƏ / PARLAMENT
23:02 05.08.2021

 

Avqustun 5-də İran İslam Şurası Məclisində (parlamentdə) yeni seçilən Prezident İbrahim Rəisinin andiçmə mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə İran İslam Şurası Məclisinin binasında keçirilən mərasimə 73 ölkədən 115 rəsmi şəxs, o cümlədən 10-a yaxın ölkənin prezidenti, 20 ölkənin parlament sədri, 11 xarici işlər naziri, həmçinin Avropa İttifaqının, BMT-nin, İqtisadi Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq təşkilatların təmsilçiləri qatılıblar.

Azərbaycanı mərasimdə Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə nümayəndə heyəti təmsil edib.

Nümayəndə heyətinə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər daxildir.

İran parlamentinin sədri Məhəmməd Qalibaf mərasimdə çıxış edərək iyunun 18-də keçirilən prezident seçkilərində İran xalqının iradəsinin ifadə olunduğunu bildirib. Diqqətə çatdırıb ki, İranın tarixində yeni səhifə açılır. Ölkənin inkişafı üçün bütün dövlət qurumları daha da səmərəli çalışmalıdırlar. Lakin bu işdə əsas yük Prezident İbrahim Rəisinin rəhbərlik edəcəyi hökumətin üzərinə düşəcək.

İranın Ali Məhkəməsinin rəhbəri Möhsün Eniji çıxışında seçkilərin qanunauyğun və demokratik şəraitdə keçirildiyini bildirib.

Prezident İbrahim Rəisi müqəddəs “Qurani-Kərim”ə and içərək xalqa ləyaqətlə xidmət edəcəyini vurğulayıb. Yeni Prezident ölkəsinin iqtisadi inkişafı üçün səylə çalışacağını və korrupsiyaya qarşı kəskin mübarizə aparacağını da diqqətə çatdırıb. Qeyd edib ki, İranın böyük iqtisadi potensialı var və bu potensialdan səmərəli istifadə olunmalı, idarəetmə müasir tələblərə cavab verməlidir.

Ölkəsinin xarici siyasətindən danışan yeni Prezident İranın heç zaman münaqişə yaratmaq niyyətində olmadığını, dünya dövlətləri ilə bərabərhüquqlu əməkdaşlıq əlaqələri qurmaq istədiyini bəyan edib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM