09:34 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:44 19.10.2021

Müstəqillik zirvəsi


00:42 19.10.2021

FATEH, yoxsa XİLASKAR?


00:41 19.10.2021

19 oktyabr


00:35 19.10.2021

10 QOLLU TUR


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli Məclisin Sədri: “Azərbaycan terrorçuluğun bütün forma və təzahürlərinə qarşı mübarizəyə ardıcıl dəstək göstərir”

ANA SƏHİFƏ / PARLAMENT
00:40 10.09.2021

 

Sentyabrın 9-da Avstriyanın paytaxtı Vyana şəhərində Terrorizmlə Mübarizə üzrə Birinci Qlobal Parlament Sammiti keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin Sədri Sahibə Qafarova tədbirdə çıxış edib. S.Qafarova 11 sentyabr hadisələrindən sonra terrorizmin qarşısının alınmasının və onunla mübarizənin dövlətlərin  gündəliyində dayanan ən vacib məsələlərdən birinə çevrildiyini diqqətə çatdırıb. Bildirib ki, beynəlxalq ictimaiyyət hazırkı mərhələdə təhlükəsizliyə təhdid və əsas insan hüquqlarının kobud surətdə pozulması olan terrorizmlə mübarizəyə paralel olaraq, BMT çərçivəsində qəbul edilmiş beynəlxalq sənədlərdə effektiv antiterror tədbirlərinin əsas elementlərdən biri kimi qəbul edilmiş terror qurbanlarının hüquqlarını tam nəzərə almalıdır. Milli Məclisin Sədri dünyada terror qurbanlarına və onların ailələrinə lazımi dəstəyin göstərilməsinin vacibliyini söyləyərək əlavə edib ki, parlamentlər terror qurbanlarına mümkün olan ən böyük yardım və dəstəyin göstərilməsi üçün təsirli mexanizmlərin formalaşmasında əsas rol oynayaraq bu məsələnin həllində hökumət, vətəndaş cəmiyyəti təşkilatları, media və özəl sektor arasında əməkdaşlığı yaradan inklüziv qanunlar hazırlamalıdır. Terror qurbanlarına dəstəklə bağlı müvafiq qanun və qaydalar BMT-nin Qlobal Terrorla Mübarizə Strategiyasında və Terror Qurbanlarına Yardım üzrə Beynəlxalq Əməkdaşlığın Gücləndirilməsinə dair Qətnaməsində təsbit edilmiş prinsip və öhdəlikləri özündə əks etdirməlidir.

Milli Məclisin Sədri heç bir ölkənin terror təhlükəsindən sığortalanmadığını nəzərə alaraq bütün dövlətlər tərəfindən terror qurbanlarına dəstək üçün müvafiq hüquqi və institusional tədbirlər görülməsinin vacibliyini vurğulayıb.

Azərbaycanın xarici döyüşçü terrorçular, terrorizmin maliyyələşdirilməsi, terrorizm, zorakı separatizm, ekstremizm və digər qanunsuz fəaliyyətlər arasındakı əlaqənin aradan qaldırılması da daxil olmaqla, bütün formalarda və təzahürlərdə terrorçuluğa qarşı mübarizədə ardıcıl dəstək göstərdiyini xatırladan Sahibə Qafarova vurğulayıb ki, ötən il 44 günlük müharibə Ermənistanın Azərbaycana qarşı fəal şəkildə istifadə etdiyi zorakı separatizm, terrorizm və ekstremizm arasındakı əlaqəni açıq şəkildə göstərib.

S.Qafarova diqqətə çatdırıb ki, Azərbaycana qarşı törədilən terror aktlarının qurbanları ilə bağlı xüsusi şərtlər nəzərə alınmaqla, ölkəmizdə terror qurbanlarının ehtiyaclarını qarşılamaq üçün geniş və davamlı dövlət və qeyri-hökumət yardımları mövcuddur. Azərbaycanın  bu sahədəki siyasəti terror qurbanlarının və onların ailələrinin həyatlarının sürətlə normallaşmasına yönəlib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM