18 Mart 2021 19:57
996
PARLAMENT
A- A+

Milli Məclisin sədr müavini Adil Əliyev seçicilərin növbəti qəbulunu keçirib  

 Martın 18-də 20 saylı Nərimanov seçki dairəsindən deputat, Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev xüsusi karantin rejiminin şərtlərinə uyğun olaraq videokonfrans vasitəsilə seçicilərinin növbəti qəbulunu keçirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, videoqəbul zamanı sədr müavini 2020-ci ilin tariximizdə Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Ordumuzun qazandığı tarixi Qələbə ilə yadda qalacağını, əzəli və əbədi torpaqlarımızın düşmən işğalından azad edilməsinin hər bir azərbaycanlıda qürur doğurduğunu diqqətə çatdırıb.

Görüş zamanı seçicilər Vətən müharibəsinin ölkəmizin tarixində misilsiz yeri olduğunu qeyd ediblər. Qəbulda seçicilərin qaldırdığı müxtəlif kommunal, infrastruktur, sosial, humanitar məsələlər müzakirə edilib, onların bir hissəsi yerindəcə həll olunub.

Bildirilib ki, seçicilərin təhsil, işlə təminat, məişət şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı müraciətləri isə araşdırılması və zəruri tədbirlər görülməsi üçün aidiyyəti orqanlara göndəriləcək.

Görüşün sonunda seçicilərə xüsusi karantin rejiminin şərtlərinə riayət olunmasının zəruriliyi bir daha xatırladılıb, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara riayət etməyin vacibliyi diqqətə çatdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video