25 Yanvar 2012 02:01
894
Milli Məclis
A- A+

Milli Məclisin Regional məsələlər komitəsinin yaz sessiyası üçün işlər planı təsdiq edildi

 

Yanvarın 24-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi.  İclası açan komitənin sədri Arif Rəhimzadə əvvəlcə 2011-ci ilin payız sessiyası dövründə parlamentin Regional məsələlər komitəsində görülən işlər barədə hesabat verdi.

Bildirdi ki, iş planına uyğun olaraq payız  sessiyası dövründə komitənin dörd iclası keçirilib və 17 məsələ müzakirə olunubdur ki, onlardan 15-i qanun layihəsidir. Hesabat dövründə komitənin ünvanına daxil olan 84 məktub, təklif, ərizə və şikayətin 64-ü araşdırılması üçün müvafiq təşkilatlara göndərilib. Qanun yaradıcılığı işindən danışan A.Rəhimzadə bildirib ki, hesabat dövründə bələdiyyələrin fəaliyyətini tənzimləyən bir sıra qanunlara əlavə və dəyişikliklər edilib. Bununla yanaşı, ötən müddət ərzində komitənin üzvləri Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərinin Parlamentlərlarası Assambleyasının, ATƏT PA-nın və Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) sessiyalarında və digər beynəlxalq tədbirlərdə fəal iştirak ediblər.

Sonra komitənin 2012-ci il yaz  sessiyası üçün qanunvericilik işlər planı müzakirə edildi. Komitənin sədri Arif Rəhimzadə bildirdi ki, yaz sessiyası ərzində "Bələdiyyələrin hesabatları haqqında" və "Azərbaycan Respublikasının inzibati əırazi bölgüsündə qismən dəyişikliklər edilməsi barədə" yeni qanun layihələrinə baxılacaq, bəzi qanunlara əlavələr və dəyişikliklər olunacaq, Ədliyyə Nazirliyinin bələdiyyələrin fəaliyyətinə nəzarət edən orqanının illik hesabatı dinləniləcək.

Müzakirələr zamanı deputatlardan Fəttah Heydərov, Tahir Rzayev, Fəzail İbrahimli, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə çıxış edib bələdiyyələrin fəaliyyəti, beynəlxalq əməkdaşlığı və qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı rəy və təkliflərini söylədilər.

Ətraflı müzakirələrdən sonra komitə üzvləri 2012-ci il yaz sessiyası üçün  qanunvericilik işlər planını təsdiq etdilər.

 

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video