14:49 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


01:30 27.11.2021

Babək hünərli igid


01:30 27.11.2021

Dünyanın yeni problemi


01:26 27.11.2021

BİLDİRİŞ


01:25 27.11.2021

BİLDİRİŞ


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli Məclisin payız sessiyasında yeni qanun layihələri müzakirə olunacaq
ANA SƏHİFƏ / PARLAMENT
07:09 29.09.2011

 

Azərbaycan Respublikası Milli Məclisinin 2011-ci il payız sessiyası ərzində ölkəmizin həyatında mühüm əhəmiyyət kəsb edən qanun layihələri müzakirə olunacaq. Bu barədə dünən keçirdiyi mətbuat konfransında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat vermişdir.

Onun sözlərinə görə, parlamentin 2011-ci il payız sessiyasının qanunvericilik işləri planına əsasən bu dövrdə Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi, o cümlədən "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında", "Bələdiyyələrin hesabatları haqqında", "Pasiyentin hüquqları haqqında", "Mədəniyyət haqqında" və "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanun layihələrinin birinci oxunuşda müzakirəsi nəzərdə tutulur. Eləcə də əvvəlki sessiyalarda birinci və ikinci oxunuşlardan keçmiş qanun layihələri parlamentin müzakirəsinə çıxarılacaq.

Qanunvericilik işləri planında elm və təhsil sahəsini əhatə edən qanun layihələri də öz əksini tapmışdır. Bunlar birinci oxunuşda müzakirəyə çıxarılması nəzərdə tutulan "Təhsil krediti haqqında", "Ali təhsil haqqında" və "Elm siyasəti haqqında" qanun layihələridir.

Milli Məclisin payız sessiyası ərzində müzakirə olunacaq mühüm məsələlərdən biri də 2012-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsidir. Eləcə də büdcə zərfinə daxil olan digər məsələlər sessiyada parlamentin müzakirəsinə təqdim ediləcək.

A.Təvəkküloğlu onu da bildirdi ki, qanunvericilik işləri planına əsasən sessiya ərzində Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim edəcəkləri qanun layihələrinin Milli Məclisdə müzakirəsi nəzərdə tutulur.

Xatırladaq ki, Milli Məclisin payız sessiyasında ilk plenar iclası sentyabrın 30-da keçiriləcək. İclasın gündəliyinə 27 məsələ daxildir.

Mətbuat konfransında jurnalistlərin sualları cavablandırılmışdır.

 

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM