18 Iyul 2013 02:07
250
PARLAMENT
A- A+

Milli Məclisin nümayəndə heyəti ABŞ-da səfərdədir

 

Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti ABŞ Konqresinin Azərbaycan üzrə dostluq qrupunun üzvləri ilə görüşlər keçirmək məqsədi ilə ABŞ-da səfərdədir.

Azərbaycanın ABŞ-dakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində nümayəndə heyəti Oklahoma ştatını təmsil edən respublikaçı konqresmen Cim Braydenstayn ilə görüşmüşdür. Görüşdə ABŞ-Azərbaycan münasibətlərinin yüksələn xətt üzrə inkişafı, xüsusən enerji, beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsindəki əməkdaşlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Konqresmen C.Braydenstayn ABŞ-ın Cənubi Qafqaz regionunda iştirakının vacibliyini vurğulamış, eləcə də Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı rol oynadığını qeyd etmişdir.

Konqresmen "Cənub enerji dəhlizi" layihəsi barəsində verilmiş qərarın enerji sahəsində ikitərəfli münasibətlərin daha da dərinləşməsinə xidmət edəcəyinə əminliyini bildirmişdir.

Konqresmen C.Braydenstayn bu il mayın 28-29-da Bakıda keçirilmiş II ABŞ-Azərbaycan Forumunda iştirak etmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video