23 May 2018 08:05
3145
Milli Məclis
A- A+

Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib

 

Mayın 23-də Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə

mübarizə komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda altı məsələyə baxılıb. Gündəlik barədə məlumat verən Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov qeyd edib ki, 2016-cı ildə ölkəmizdə keçirilmiş referendum nəticəsində Konstitusiyaya edilən dəyişikliklər bəzi qanunvericilik aktlarının uyğunlaşdırılması zərurətini meydana gətirib.

İclasda Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin əməkdaşı Eldar Əsgərov “Dövlət sirri haqqında” və “Sərhəd qoşunları haqqında” qanunlarda aparılan dəyişikliklər barədə deputatlara ətraflı məlumat verib. Bildirib ki, əsas məqsəd qanunvericilikdə mövcud olan uyğunsuzluqların aradan qaldırılmasıdır.

Sonra komitə sədri Ziyafət Əsgərov növbəti qanun layihələrini şərh edib. Diqqətə çatdırıb ki, 2017-ci ildə Azərbaycan Prezidentinin Fərmanına əsasən, sərhəd qoşunlarında struktur dəyişikliyi aparıldığına görə həmin müddəanın “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunda da öz əksini tapması vacibdir. “Mülki müdafiə haqqında” qanunda dövlət qulluqçularının statusu ilə bağlı konkretləşmə aparılır. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Siyasi partiyalar haqqında” qanunlara təklif olunan dəyişikliklər isə redaktə xarakterlidir.

Komitə üzvləri təklif olunan dəyişikliklərlə bağlı fikir mübadiləsi aparıblar. Gündəlikdəki bütün qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video