06:01 25 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:09 24.10.2021 256 il yaşayan insan
00:07 24.10.2021 Aman qocalıq
00:06 24.10.2021

Ən tez bu orqan qocalır


00:04 24.10.2021 Cavanlığın sirri
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
17:55 15.09.2021

 

Sentyabrın 15-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə komitə sədri Tahir Mirkişili 2021-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində görülən işlər barədə hesabatı təqdim edib.

Diqqətə çatdırıb ki, hesabat dövründə komitənin 24 iclası keçirilib, 94 məsələ, o cümlədən 90 qanun layihəsi, 2 rəy və Hesablama Palatasının hesabatı müzakirə olunaraq plenar iclasa tövsiyə edilib. Bundan başqa, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi hesabat dövründə müxtəlif dövlət qurumları, ictimai təşkilatlar və sahibkarlarla görüşlər keçirib, real sektorun müxtəlif məsələləri müzakirə edilib. Eyni zamanda, komitənin ünvanına daxil olmuş ərizə və müraciətlərə baxılması sahəsində müntəzəm iş aparılıb, vətəndaşlar xüsusi karantin rejiminin tələblərinə uyğun şəkildə qəbul olunub, qaldırılan məsələlərlə bağlı müvafiq tədbirlər görülüb.

İclasda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2021-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı da müzakirə olunub. İş planına əsasən, qarşıdakı sessiyada “Lombardlar haqqında”, “Turizm haqqında”, “Dövlət rüsumu haqqında”, o cümlədən komitəyə daxil olacaq digər qanun layihələrinin müzakirəsi nəzərdə tutulub. T.Mirkişili qeyd edib ki, “Qiymətləndirmə fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Müflisləşmə və iflas haqqında” qanunlar da yenidən işlənməli olacaq. Bundan başqa, komitə aidiyyəti qurumlarla, sahibkarlarla, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri ilə görüşlərin, dinləmələrin keçirilməsini planlaşdırıb.

Sonra komitə sədri iclasın gündəliyində olan qanun layihələrini də təqdim edib. Gündəliyin 3-cü və 4-cü məsələsi olan “Gömrük tarifi haqqında” Qanunda və Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrinin oxşar xarakterdə olması qeyd edilib. Bildirilib ki, qanun layihələrində Qaradağ Sənaye Parkında tətbiq olunan gömrük rüsumlarından və ƏDV-dən azadolmanın daha beş il müddətinə uzadılması nəzərdə tutulub.

Gündəliyə çıxarılmış 5-ci məsələ - Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) daxildə emal üçün xüsusi gömrük proseduru altında malların yerləşdirilməsinə görə təminatın məcburi olaraq təqdim edilməsinin ləğvini, həmin prosedurun fakültativ hal kimi müəyyən olunmasını nəzərdə tutur.

Bildirilib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) isə icbari tibbi sığorta ilə bağlı hazırlanıb. Sənədə əsasən, müəssisə iflas etdiyi zaman məcburi ödənişlərin siyahısına icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər də əlavə olunub.

İclasda müzakirə olunan sonuncu qanun layihəsi “Valyuta tənzimi haqqında”, “Kredit ittifaqları haqqında”, “Banklar haqqında”, “Poçt haqqında”, “Mühasibat uçotu haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Kredit büroları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) olub. Bildirilib ki, layihə “Mühasibat uçotu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə 2018-ci il 4 may tarixli qanundan irəli gələn məsələlərin tənzimlənməsi məqsədilə hazırlanıb.

Müzakirə olunan məsələlərlə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli, komitə üzvləri Vahid Əhmədov, Vüqar Bayramov, Məşhur Məmmədov, Ziyad Səmədzadə, Aydın Hüseynov, Elnur Allahverdiyev, İqbal Məmmədov, Məzahir Əfəndiyev və Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov çıxış edərək fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.

Deputatlar gündəlikdəki qanun layihələrini Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.

İclasda deputatlar Mahir Abbaszadə, İmamverdi İsmayılov, Anar Məmmədov, Ağalar Vəliyev və digər rəsmi şəxslər iştirak ediblər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM