12 May 2014 03:05
366
PARLAMENT
A- A+

Milli Məclisin iqtisadi siyasət komitəsinin iclası keçirilmişdir

Mayın 12-də Milli Məclisin iqtisadi siyasət komitəsinin iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının 2013-cü ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılmışdır.
Komitənin sədri Ziyad Səmədzadə bildirmişdir ki, 2013-cü ildə Azərbaycanda bütün iqtisadi parametrlər müsbət istiqamətdə dəyişmişdir. Ötən il dövlət büdcəsinin icrası son on il ərzində iqtisadiyyatda baş verən dəyişikliklərin xarakteristikasını, iqtisadiyyatda yeni mərhələnin başlanmasını göstərir.
Maliyyə nazirinin müavini Azər Bayramov 2013-cü ilin dövlət büdcəsinin icrası haqqında məlumat vermişdir. Vurğulamışdır ki, 2013-cü il dövlət büdcəsinin mədaxili 101,8 faiz, xərcləri isə 96,4 faiz yerinə yetirilmişdir. Bu müddətdə dövlət büdcəsinin gəlirləri 19 159 milyon manat proqnoza qarşı 19 496,3 milyon manat və yaxud 101,8 faiz icra olunmuşdur. Bu da əvvəlki ilin icra göstəricisinə nisbətən 12,8 faiz çoxdur.
Nazir müavini qeyd etmişdir ki, ümumi daxili məhsulda (ÜDM) dövlət büdcəsi gəlirlərinin xüsusi çəkisi 33,8 faiz təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq göstəricisindən 2,2 faiz çoxdur. ÜDM-də 5,8 faiz, qeyri-neft sektorunda isə 10 faiz artım qeydə alınmışdır. 2013-cü ildə orta aylıq əmək haqqı 6,2 faiz artaraq 423 manata, əhalinin gəlirləri 6,6 faiz artaraq 4 min manata çatmışdır. Ölkənin strateji valyuta ehtiyatlarının həcmi 4,1 milyard dollar artaraq 50 milyard dolları ötmüşdür.
İqtisadiyyat və sənaye nazirinin müavinin Sevinc Həsənova ötən il makroiqtisadi göstəricilər, qeyri-neft sektorunun inkişafı istiqamətində görülmüş işlərdən danışmışdır. Azərbaycanda son vaxtlarda iqtisadi sabitliyin bərqərar edildiyini deyən nazir müavini ötən il ölkədə inflyasiyanın 2,4 faiz səviyyəsində olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, valyuta ehtiyatları xarici dövlət borcunu 10 dəfədən çox üstələyir. 2003-2013-cü illərdə ölkədə orta iqtisadi artım 12,7 faiz təşkil etmişdir.
Ölkədə işsizliyin səviyyəsinin azaldılması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini deyən nazir müavini qeyd etmişdir ki, Azərbaycan bu göstəricilərinə görə dünyada 37-ci yeri tutur.
Milli Məclisin deputatı Vahid Əhmədov dövlət büdcəsindən iri layihələrə kifayət qədər vəsait ayrıldığını qeyd edərək buna nəzarətin gücləndirilməsinin vacibliyini vurğulamışdır. O, bunun üçün “Maliyyə nəzarəti haqqında” qanun qəbul edilməsi təklifini irəli sürmüşdür.
Müzakirələr zamanı qeyd olunmuşdur ki, 2013-cü ilin dövlət büdcəsinin əsas göstəriciləri, məqsəd və vəzifələri uğurla icra olunmuşdur.
Daha sonra “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” ,“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanunlarına dəyişiklik edilməsi, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında”, “Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında” qanunların ləğv edilməsi barədə qanun layihələri müzakirə edilmişdir.
Eyni zamanda, “Akkreditasiyanın uyğunluğu haqqında” qanunun layihəsi (üçüncü oxunuşda) müzakirə olunmuşdur.
Müzakirə olunan bütün qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video