05 Iyul 2021 14:52
1249
PARLAMENT
A- A+

Milli Məclisin İntizam komissiyasının yeni Əsasnaməsi hazırlanıb

 

İyulun 5-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İntizam komissiyasının videokonfrans formatında birgə iclası keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclası açan Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, müzakirəyə “Azərbaycan Respublikası Milli Məclisinin İntizam komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında” məsələ çıxarılıb.

Əli Hüseynli İntizam komissiyasının Əsasnaməsi haqqında ümumi məlumat verib. Qeyd edib ki, Milli Məclisin İntizam komissiyasının 9 maddədən ibarət əsasnaməsi İntizam komissiyasının təşkili qaydasını, səlahiyyətlərini, iş qaydasını, İntizam komissiyası üzvlərinin, həmçinin komissiyada barəsində araşdırma aparılan deputatın hüquqlarını və vəzifələrini müəyyən edir. Bildirilib ki, yeni Əsasnamə mövcud qanunvericiliyə uyğun hazırlanıb. Xüsusən də İntizam komissiyası tərəfindən müraciətlərə, təqdimatlara və məlumatlara baxılması qaydası və müddətləri dəqiq müəyyən edilib.

İclasda iştirak edən Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov bildirib ki, yeni əsasnamədə təsbit edilən dəyişikliklər komissiyanın fəaliyyətinin daha da təkmilləşdirilməsinə yönəlib.

Sonra çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev, komitə üzvləri Erkin Qədirli, Vüqar İskəndərov, İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı, komissiyanın üzvü Məlahət İbrahimqızı Əsasnamə ilə bağlı fikirlərini bildiriblər, suallarını səsləndiriblər.

Müzakirələrin sonunda parlamentin İntizam komissiyasının Əsasnaməsi baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Videokonfransda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri Əminə Ağazadə, Kamal Cəfərov, Sabir Hacıyev, Tahir Kərimli, Cəbi Quliyev, Bəhruz Məhərrəmov, Elşən Musayev, Nizami Səfərov, İntizam komissiyasının katibi Nurlan Həsənov, komissiyanın üzvləri Afət Həsənova, Nəsib Məhəməliyev, Məşhur Məmmədov, Madər Musayev və digər rəsmi şəxslər də iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video