Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilmişdir
İyulun 1-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilmişdir.
AzərTAc xəbər verir ki, iclasda Azərbaycan Respublikası Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki Apelyasiya məhkəmələri hakimlərinin təyin edilməsi məsələlərinə baxılmışdır.
Komitə sədri Əli Hüseynli demişdir ki, yuxarı məhkəmə instansiyası hakimlərinin təyinatı ilə bağlı sənədlər Məhkəmə Hüquq Şurasının təklifləri əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim olunmuşdur.
Bildirilmişdir ki, dövlətin diqqət və qayğısı sayəsində məhkəmələrin iş şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirlər həyata keçirilir. Ə.Hüseynli məhkəmə-hüquq sistemində əldə edilən nailiyyətlər, eyni zamanda mövcud problemlərdən danışmış, Məhkəmə Hüquq Şurasının parlamentlə, o cümlədən geniş ictimaiyyətlə qarşılıqlı münasibətlərinin qurulmasının əhəmiyyəti barədə fikirlərini açıqlamışdır.
Sonra Məhkəmə Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov təqdimatlarla bağlı məlumat vermiş, hakimliyə namizədlərin onlara göstərilən etimadı doğruldacaqlarına, işə məsuliyyətlə yanaşacaqlarına əminliyini ifadə etmişdir.
Məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatlardan danışan C.Hüseynov demişdir ki, ölkənin hüquq sistemində köklü dəyişikliklər edilmiş, müstəqil məhkəmə sistemi yaradılmışdır. Məhkəmə hakimiyyətinin müstəqilliyini təmin etmək məqsədi ilə onların səlahiyyətləri genişləndirilmişdir. Bu sahənin təkmilləşdirilməsi üçün mütərəqqi qanunlar qəbul olunmuşdur.
İclasda çıxış edən deputatlar namizədlər barədə fikirlərini açıqlamış, bu təyinatların məhkəmə fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması, məhkəmələrdə iş yükünün nizama salınması istiqamətində əhəmiyyətli rol oynayacağını bildirmişlər.
Ətraflı müzakirələrdən sonra hakimliyə namizədlərin təqdim edilməsi ilə bağlı sənədlər Milli Məclisin plenar iclasına tövsiyə olunmuşdur.
Daha sonra iclasda "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanun layihəsi müzakirə edilmişdir. Bu sənədin də parlamentin növbəti iclasına çıxarılması qərara alınmışdır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
DNT xəstəliklərin diaqnostikası və müalicəsi üçün çox vacibdir
09 Avqust
Himalay Məmişov: birdəfəlik ödəmələrin verilməsində son dərəcə humanist yanaşma var
09 Avqust
Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
09 Avqust
Hikmət Hacıyev: İşğaldan sonra Laçında ermənilərin qanunsuz məskunlaşdırılması aparılıb...
09 Avqust
Ağdam Rayon Mərkəzi Xəstəxanasının 12 əməkdaşı zəhərlənib
09 Avqust
FHN: Babadağ dağında həlak olduğu bildirilən şəxsin axtarışında drondan istifadə edilir
09 Avqust
Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə avqust ayının pensiyaları ödənilib
09 Avqust
Gənclər və idman naziri İslamiadada iştirak edən stolüstü tennis komandasının üzvləri ilə görüşüb ...
09 Avqust
İslamiada: Komandamız növbəti medalını təmin edib
09 Avqust
Ümumdünya Şahmat Olimpiadası: Kişi şahmatçılarımız son turda Serbiya yığmasını məğlub ediblər...
09 Avqust
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!