03:02 24 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:09 24.10.2021 256 il yaşayan insan
00:07 24.10.2021 Aman qocalıq
00:06 24.10.2021

Ən tez bu orqan qocalır


00:04 24.10.2021 Cavanlığın sirri
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib

ANA SƏHİFƏ / PARLAMENT
00:27 17.09.2021

 

Sentyabrın 16-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyasında ilk onlayn iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclası açan Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli əvvəlcə Milli Məclisin 2021-ci il  yaz və növbədənkənar sessiyalarında komitədə görülən işlər barədə məlumat verib.

Əli Hüseynli bildirib ki, hesabat dövründə komitənin 39 iclası keçirilib, 128 məsələyə baxılıb. Komitədə sessiya dövründə 55 qanuna əlavə və dəyişikliklər edilib və 1 qərar layihəsi müzakirə olunub. Bu qərar layihəsi İntizam komissiyasının əsasnaməsidir.  Bildirilib ki,  hesabat müddətində komitənin ünvanına daxil olmuş 246 məktub, təklif, ərizə və şikayətin 99-u araşdırılmaq üçün müvafiq təşkilatlara göndərilib. Sessiya ərzində komitə sədri və üzvləri təmsil olduqları parlamentlərarası əlaqələr üzrə işçi qrupları ilə onlayn qaydada görüşlər keçirib, bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə müzakirələr aparıblar, müharibədən sonrakı dövrdə ölkəmizin haqlı mövqeyini  dünya ictimaiyyətinə çatdırıblar.

İclasda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2021-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı da müzakirə olunub. Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid bildirib ki, iş planına 2022-ci ilin Milli Fəaliyyət Planından irəli gələn qanun layihələri,  həmçinin  QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara əlavə və dəyişiklik edilməsi haqqında bir sıra qanun layihələrinin müzakirəsi, “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişiklik edilməsi və digər məsələlər daxil edilib.

Məlumat verilib ki, qarşıdakı sessiyada Azərbaycan Respublikası Prezidentinin, Ali Məhkəmənin, baş prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri layihələrin, dövlət büdcəsi zərfinə daxil olan sənədlərin, komitəyə daxil olacaq digər qanun layihələrinin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması nəzərdə tutulub.

Məsələ ilə bağlı çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri Erkin Qədirli və Tahir Kərimli yaz və növbədənkənar sessiyaların yekunları və payız sessiyasının işlər planı barədə öz fikirlərini bildiriblər.

Sonra iclasda gündəliyin sonuncu məsələsi olan Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə birinci oxunuşda baxılıb.

Əli Hüseynli bildirib  ki, təklif olunan dəyişiklik səhiyyədə icbari tibbi sığortanın tətbiqi, eyni zamanda onun dayanıqlı maliyyə təminatını yaradan icbari tibbi sığorta haqlarının müəyyən olunması və toplanması ilə bağlıdır. Bununla bağlı Mülki Məcəlləyə düzəliş edilərək onun 61-ci maddəsi yeni redaktədə verilir. Adları çəkilən digər qanunlarda da müvafiq dəyişikliklər edilir.

Sonra qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Onlayn iclasda komitə üzvləri Madər Musayev, Fəzail Ağamalı, Sabir Hacıyev, Vüqar İsgəndərov, Əminə Ağazadə, Kamal Cəfərov, Elşən Musayev, Cəbi Quliyev, Bəhruz Məhərrəmov və Nurlan Həsənov iştirak ediblər.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM