18 Sentyabr 2021 00:25
787
PARLAMENT
A- A+

Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirilib

 

Sentyabrın 17-də Milli Məclisin Gənclər və idman komitəsinin payız sessiyasında onlayn formatda ilk iclası keçirilib.

Milli  Məclisin  Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Milli Məclis Sədrinin müavini, komitənin sədri Adil Əliyev növbəti sessiyada deputatlara müvəffəqiyyətlər arzu edərək bildirib ki, gündəliyə ötən müddət ərzində komitənin fəaliyyəti ilə bağlı hesabat və qarşıdakı sessiyanın iş planı daxil edilib. Vitse-spiker diqqətə çatdırıb ki, tarixi Zəfərimizin möhkəmləndirilməsi üçün parlamentin də üzərinə mühüm vəzifələr düşür.

Adil Əliyev 2021-ci ilin yaz və növbədənkənar sessiyalarında görülən işlər barədə məlumat verərək qeyd edib ki, Gənclər və idman komitəsinin üzvləri ötən müddət ərzində səmərəli fəaliyyət göstərib, bu sahədə ölkədə həyata keçirilən islahatlarla bağlı üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər. Bununla əlaqədar qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində də  lazımi addımlar atılıb. Bu dövrdə komitənin 10 iclası keçirilib, 13 məsələyə baxılıb. Deputatlarımız müxtəlif aktual mövzulara həsr olunmuş həm ölkədaxili, həm də beynəlxalq səviyyədə bir sıra tədbirlərdə iştirak ediblər. Habelə, yerli və xarici KİV-də çıxış edərək ölkədə gedən proseslər, o cümlədən sosial, iqtisadi, humanitar sahələrdə görülən işlər, əldə edilən nailiyyətlər barədə ictimaiyyəti məlumatlandırıblar.

Diqqətə çatdırılıb ki, hesabat dövründə komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan ümumilikdə 437 məktub, müraciət və sənəd daxil olub. Bundan əlavə, yeni texnologiyaların tətbiqi sayəsində müxtəlif sosial şəbəkələr üzərindən 1000-dən çox müraciət qeydə alınıb. Müraciətlərdə göstərilən məsələlərin  böyük əksəriyyəti artıq öz həllini tapıb, bəziləri isə icradadır. Komitə üzvləri fərdi qaydada da vətəndaşların qəbulunu keçiriblər və onları narahat edən məsələlərin bir çoxu müsbət həll olunub.

Komitə sədri bildirib ki, ötən sessiyalarda gənclərlə, idmançılarla, habelə şəhid ailələrinin üzvləri ilə, qazilərlə, Vətən müharibəsində iştirak etmiş digər insanlarla bir sıra görüşlər keçirilib. Görüş iştirakçılarına əldə etdikləri nailiyyətlərə görə müxtəlif mükafatlar, Fəxri fərmanlar təqdim olunub. Komitə üzvləri bir sıra sosial məzmunlu və xeyriyyə tədbirlərində də fəal iştirak ediblər.

Sonra Adil Əliyev komitənin 2021-ci il payız sessiyası üçün iş planı barədə məlumat verib. Bildirilib ki, qarşıdakı sessiyada qanunvericilik təşəbbüsü qaydasında, habelə bəzi qanunlarda dəyişikliklərin olunması ilə bağlı təqdim edilən layihələrə baxılacaq, “Bədən tərbiyəsi və idman haqqında”, “Gənclər siyasəti haqqında” və bir sıra digər qanun layihələri müzakirə olunacaq. Qeyd edilib ki, bu sessiyada müxtəlif tədbirlərin keçirilməsi də nəzərdə tutulub. Belə ki,  cari ilin “Nizami Gəncəvi ili” elan olunması ilə bağlı maarifləndirmə işinin təşkilində, “Yaşatmaq yaşamaq kimi gözəldir” aksiyasının, “Vətənpərvər məktəblilər” layihəsinin həyata keçirilməsində komitə üzvləri fəal iştirak edəcəklər.

Çıxış edən komitə sədrinin müavini Şahin İsmayılov, deputatlardan Cavid Osmanov, Ülvi Quliyev, Könül Nurullayeva, Sevinc Hüseynova, Mahir Abbaszadə komitənin ötən sessiyalarda fəaliyyəti barədə fikirlərini bildiriblər. Deputatlar ölkəmizdə gənclər siyasəti istiqamətində atılan mühüm addımlardan, reallaşan dövlət proqramlarından bəhs ediblər, gənclərin sağlam, savadlı, vətənpərvər yetişməsi üçün onlara yaradılmış şəraitdən söhbət açıblar və bir sıra təkliflər səsləndiriblər.

Onlayn iclasda komitə üzvləri Elnur Allahverdiyev, Müşfiq Cəfərov, Jalə Əhmədova, Etibar Əliyev, Ramil Həsən, Vüqar İskəndərov, Cəbi Quliyev iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video