19 Mart 2021 16:18
731
PARLAMENT
A- A+

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib

 

Martın 19-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti onlayn iclasında iki məsələyə baxılıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizin dirçəldilməsi və yenidən qurulması istiqamətində görülən işlərdən söz açıb, uzun illərdən sonra Azərbaycanın ərazi bütövlüyü şəraitində qeyd etdiyimiz Novruz bayramı münasibətilə təbriklərini çatdırıb.

Onlayn iclasda mahiyyət etibarı ilə bir-birini tamamlayan “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanunda dəyişiklik edilməsi (birinci oxunuş) və Əmək Məcəlləsində dəyişiklik edilməsi (birinci oxunuş) barədə qanun layihələrini Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri Ziya Qasımov təqdim edib. Bildirib ki, ölkədə həyata keçirilən sosial islahatlar nəticəsində sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsində formalaşmış vahid sistemin fəaliyyəti müasir tələblər səviyyəsində təşkil olunub. Azərbaycan Prezidentinin 2018-ci il 5 sentyabr tarixli Sərəncamına əsasən yaradılan “e-sosial.az” internet portalı sayəsində bu gün hər bir vətəndaş özünə aid əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya, ödənilmiş məcburi dövlət sosial sığorta haqları və s. ilə bağlı məlumatları FİN nömrəsi ilə həmin internet portalı üzərindən əldə edə bilir. Bu da şəhadətnamələrin kağız daşıyıcıda verilməsinin aktuallığını aradan qaldırır.

Deputatların nəzərinə çatdırılıb ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanunda ümumilikdə 10 əlavə və dəyişiklik nəzərdə tutulur. Təklif olunan dəyişikliklər qəbul edildikdən sonra fərdi uçot sistemində proseslərin tam elektronlaşmasına mane olan hallar aradan qaldırılacaq, elektron pensiya sisteminin əhatə dairəsi genişlənəcək və qənaət edilmiş xərclər vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə yönəldiləcək. Əmək Məcəlləsinə təklif olunan redaktə xarakterli 3 əlavə və dəyişiklik də bu qanuna ediləcək dəyişikliklərdən qaynaqlanır.

Sonra iclasda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Elnur Abbasov müzakirəyə çıxarılmış qanun layihələrini şərh edib.

Müzakirələrdə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, deputatlardan Vüqar Bayramov, Soltan Məmmədov, Arzu Nağıyev qanun layihələrinə dair rəy və təkliflərini bildiriblər. Nazirliyin nümayəndəsi Elnur Abbasov deputatları maraqlandıran suallara cavab verib.

Fikir mübadiləsinin yekununda komitədə baxılan məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Onlayn iclasda Əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı və komitə üzvləri Əziz Ələkbərov, Aqil Məmmədov, Rauf Əliyev, Sevinc Hüseynova, İlham Məmmədov, Ziyad Səmədzadə, Səttar Möhbalıyev də iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video