18:49 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli Məclisin deputatı QDİƏT PM-in komitə iclasının məruzəçisi təyin olunub
ANA SƏHİFƏ / SİYASƏT
23:09 12.10.2021

 

Oktyabrın 12-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin onlayn formatda 57-ci iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirə QDİƏT PM-də Azərbaycan nümayəndə heyətinin üzvləri Musa Quliyev və Ramin Məmmədov qatılıblar.

Onlayn iclası açan QDİƏT PM-in Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin sədr müavini Nikolay Skorik (Ukrayna) gündəliyi təqdim edib. Gündəliyin qəbulundan sonra parlamentarilər komitənin 56-cı iclasının protokolunu təsdiqləyiblər.

Sonra Xarula Kefalidu (Yunanıstan) “Pandemiyadan sonra Qara dəniz regionunda təhsil sahəsində əməkdaşlığın məqsəd və vəzifələri” mövzusunda komitənin məruzəsini təqdim edib. Məruzəçi COVID-19 pandemiyası şəraitində dünya ölkələrinin, o cümlədən Qara dəniz regionu dövlətlərinin təhsil sistemində yaranmış vəziyyətdən bəhs edib. Məruzəçi hökumətlərin yeni şəraitə çevik cavab vermələrini qeyd edərək, təhsildə yeni texnologiyaların tətbiqinin, distant və hibrid təhsil formalarının təkmilləşdirilməsinin, təhsilin fasiləsizliyinin təmin olunmasının və digər qabaqcıl təcrübələrin davam etdirilməsinin vacibliyindən danışıb.

Sonra milli nümayəndə heyətlərinin təmsilçiləri də öz ölkələrinin təhsil sisteminin pandemiya şərtlərinə uyğunlaşma prosesi barədə danışıblar.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qlobal pandemiya dövründə Azərbaycanda teledərslərə start verilməsi, Virtual Məktəb platformasının tətbiqi kimi təhsil sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Bildirilib ki, ölkədə bütün təhsil pillələrində distant təhsil təcrübəsinin daha geniş tətbiqinin, texnoloji təchizat və keyfiyyətli internet bağlantısının təmininin, texnoloji vərdişlərin aşılanmasının inkişafı kimi tədbirlərlə təhsilin fasiləsizliyi, əhatəliliyi təmin olunub.

Müzakirələrdən sonra parlamentarilər həm məruzəni, həm də məruzə üzrə komitənin tövsiyələrini təsdiqləyiblər. İclasda həmçinin Azərbaycan nümayəndə heyətinin üzvü Musa Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin yeni sədri seçilib.

Sonda komitənin növbəti - 58-ci iclasının tarixi, yeri və gündəliyi açıqlanıb. “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrində qaçqın axınları nəticəsində yaranan böhranların sosial təsirləri” növbəti iclasın əsas mövzusu kimi müəyyənləşdirilib. Mövzu üzrə məruzəçi Milli Məclisin deputatı Ramin Məmmədov təsdiq edilib.

Onlayn iclasın yekununda QDİƏT PM-in Baş katibi Asəf Hacıyev təşkilatın qarşıdakı tədbirləri ilə bağlı bəzi məsələləri komitə üzvlərinin diqqətinə çatdırıb, indiyədək komitəyə sədrlik edən Mətin Gündoğduya (Türkiyə) məhsuldar fəaliyyətinə görə təşəkkürünü bildirib, yeni seçilən komitə sədrinə uğurlar arzulayıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM