26 Iyun 2021 01:04
498
SİYASƏT
A- A+

Milli Məclisin deputatı İmamverdi İsmayılovun “Şuşanın günəşi” sərlövhəli məqaləsi Türkiyə mətbuatında dərc olunub

 

Milli Məclisin deputatı, yazıçı-publisist İmamverdi İsmayılovun “Şuşanın günəşi” sərlövhəli bədii-publisistik məqaləsi Türkiyənin bir sıra kütləvi informasiya vasitələrində dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qazandığı Qələbə, 44 günlük şanlı Vətən müharibəsində təxminən otuz illik zaman kəsiyində işğalda saxlanılan torpaqlarımızın, o cümlədən hər birimiz üçün müqəddəs məkan sayılan Şuşanın azadlığa qovuşmasının müəllifdə yaratdığı hiss və həyəcan tərənnüm edilir. Müəllif uzun illərin ayrılığından sonra Şuşaya etdiyi səfərin təfərrüatlarını qələmə almaqla mədəniyyətimizin beşiyi sayılan Şuşanın gözəlliyini və tarixi qalamızın Azərbaycan üçün hansı məna daşıdığını oxuculara çatdırır.

Məqalə ilə Türkiyənin http://azerhaber.com, https://www.gazetekars.com, igdir15temmuzgazetesi.com, yesiligdir.com saytlarında tanış olmaq olar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video