19:25 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli Məclisin Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun görüşü keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
19:38 24.09.2021

 

Sentyabrın 24-də Milli Məclisin Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri arasında onlayn formatda görüş olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qrupun rəhbəri, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova tədbiri açaraq İsveçrə ilə dostluq qrupunun Milli Məclisin ən böyük qruplarından biri olduğunu qeyd edib.

O, İsveçrə və onun parlamenti ilə əlaqələrin mövcud vəziyyətindən söz açıb, iki ölkə arasında əlaqələrin inkişafına dostluq qruplarının verə biləcəyi töhfələrdən danışıb. Vətən müharibəsinin bir ilinin tamam olması ilə bağlı keçiriləcək tədbirləri qeyd edən Hicran Hüseynova Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun görə biləcəyi işlər barədə fikirlərini açıqlayıb.

Toplantıda Milli Məclisin komitə sədri Tahir Mirkişili, deputatlar Vahid Əhmədov, Əli Məsimli, Elnur Allahverdiyev, Mahir Abbaszadə, Asim Mollazadə, Aqiyə Naxçıvanlı, Sevil Mikayılova çıxış edərək İsveçrə və Azərbaycan arasında iqtisadi, siyasi və humanitar sahələrdə əldə edilən uğurları qeyd ediblər.

Müzakirələrdə müharibə və postmüharibə dövrünün reallıqları, Azərbaycanın regionda sülhün və inkişafın möhkəmləndirilməsinə xidmət edən ardıcıl səyləri haqqında informasiyanın İsveçrə cəmiyyətinə və parlamentinə dolğun şəkildə çatdırılmasının yolları araşdırılıb. Bu kontekstdə parlamentlərarası münasibətlərin inkişaf perspektivləri və bir sıra məsələlərin parlamentlərarası qruplar vasitəsilə həlli barədə fikir mübadiləsi aparılıb.

Onlayn iclasda deputatlar Bəxtiyar Əliyev, Aydın Hüseynov, Pərvin Kərimzadə, Soltan Məmmədov, Könül Nurullayeva da iştirak ediblər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM