Milli Məclisin Aqrar siyasət komitəsinin payız sessiyasında ilk iclası keçirilmişdir
Sentyabrın 18-də Milli Məclisin Aqrar siyasət komitəsinin payız sessiyasında ilk iclası keçirildi. İclası açan komitənin sədri Eldar İbrahimov əvvəlcə 2012-ci ilin yaz sessiyasının yekunları barədə məlumat verdi. Bildirdi ki, ötən sessiyada Aqrar siyasət komitəsində 14 qanuna əlavələr və dəyişikliklər edilməsinə dair məsələlər müzakirə edilərək Milli Məclisin plenar iclasına tövsiyə olunmuşdur.
Eldar İbrahimov komitənin 2012-ci ilin payız sessiyasında görəcəyi işlər barədə də danışdı. Qeyd etdi ki, bu sessiya zamanı komitədə müzakirə olunacaq məsələlərdən biri "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsidir. Qanun layihəsi artıq birinci oxunuşdan keçib və bu sessiyada ikinci oxunuşda müzakirəyə çıxarılması nəzərdə tutulur. Bununla yanaşı, 2012-ci ilin payız sessiyası zamanı Aqrar siyasət komitəsində bir sıra qanunlara əlavə və dəyişikliklərlə bağlı məsələlərin müzakirəsi də gözlənilir.
İclasda həmçinin "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsi müzakirə olundu. Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev, deputatlardan Tahir Süleymanov, Arif Əşrəfov, Novruzəli Aslanov və Mahir Aslanov qanun layihəsi ilə bağlı fikirlərini bölüşdülər.
Yekunda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Şuşa xanəndəlik məktəbinin nümayəndələrindən biri - Seyid Şuşinski
25 Aprel
Mədəniyyət beşiyi
25 Aprel
COP29 Azərbaycan üçün böyük fürsətdir
25 Aprel
COP29 ərəfəsində "yaşıl külək"
25 Aprel
"Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır"
25 Aprel
Azərbaycan-Çin əlaqələri dostluğa və qarşılıqlı maraqlara söykənir
25 Aprel
Sahibkarlar iqtisadi inkişafın aparıcı qüvvəsidir
25 Aprel
"Delimitasiya Hayastanın xilası olacaq"
25 Aprel
Sahibkarlığın bugünkü inkişafı düşünülmüş dövlət siyasətinin nəticəsidir
25 Aprel
Fransanın Azərbaycanın uğurlarını seyr etməkdən başqa yolu yoxdur
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!