13 Sentyabr 2013 12:09
239
PARLAMENT
A- A+

Milli Məclisdə «Şərq nağılı» Birinci Beynəlxalq yaradıcılıq festivalı çərçivəsində konfrans keçirilmişdir

 

Xəbər verdiyimiz kimi, Bakıda əlilliyi olan gənclərin "Şərq nağılı" Birinci Beynəlxalq yaradıcılıq festivalı keçirilmişdir.

AzərTAc xəbər verir ki, sentyabrın 12-də festival çərçivəsində Milli Məclisdə konfrans təşkil olunmuşdur.

Parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Bakıda ilk dəfə keçirilən "Şərq nağılı" Birinci Beynəlxalq yaradıcılıq festivalının əhəmiyyətindən danışaraq bildirmişdir ki, bu tədbirdə dünyanın 10 ölkəsindən 200-dən çox nümayəndə iştirak etmişdir. Belə tədbirlərin keçirilməsinin əsas məqsədi fiziki imkanları məhdud insanların cəmiyyətə inteqrasiyasını sürətləndirməkdir. Azərbaycanda digər ölkələrlə müqayisədə əlillərin sayı çox olmasa da onların sosial vəziyyətinin yaxşılaşdırılması, hüquqlarının təminatı sahəsində davamlı və sistemli iş aparılır və bu istiqamətdə hüquqi baza yaradılmışdır. Dövlət fiziki imkanları məhdud insanların sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət yetirir.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev "Şərq nağılı" festivalının çoxşaxəli olduğunu deyərək bildirmişdir ki, tədbir çərçivəsində xarici ekspertlər əlilliyi olan gənclərlə işləyən yerli təşkilatların nümayəndələri və fərdi  təlimçilər üçün ustad dərsləri təşkil etmişlər.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova ölkəmizin BMT-nin "Əlilliyi olan insanların hüquqları" Konvensiyasına qoşulduqdan sonra sənədin tələblərindən irəli gələn məsələlərlə bağlı görülən işlərdən, reallaşdırılan dövlət proqramlarından danışmışdır. Qeyd olunmuşdur ki, prezident seçkiləri ərəfəsində ölkəmizdə fiziki imkanları məhdud vətəndaşların bu prosesə qatılıb müstəqil, azad seçim etmələri üçün hər bir şərait yaradılmışdır.

Dünya Əlillər Birliyi təşkilatının icraçı direktoru Necdət Öztürk, Moskva Şəhər Dumasının sədr müavini Oleq Smolin və digər çıxış edənlər bildirmişlər ki, hazırda dünya əhalisinin 15 faizi əlillikdən əziyyət çəkir. Bu insanların cəmiyyətə sosial inteqrasiyasının və adaptasiyasının təşviqi  ölkələrin prioritet məsələlərindəndir.

Dövlət qurumlarının, yerli və beynəlxalq təşkilatların təmsilçilərinin  iştirakı ilə keçirilən tədbirdə əlilliyi olan gənclərin cəmiyyətə sosial inteqrasiyasının və tam adaptasiyasının təşviqi, onların hüquqlarının qorunması ilə bağlı yeniliklər, əlil insanların fəaliyyəti üzrə imkanlar və sair məsələlər müzakirə olunmuşdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video