18:46 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli Məclisdə ölkəmizdə koronavirus infeksiyası ilə bağlı mövcud vəziyyət, vaksinasiya mövzusunda dinləmə keçirilir
ANA SƏHİFƏ / PARLAMENT
12:46 07.10.2021

 

Oktyabrın 7-də Milli Məclisin Səhiyyə komitəsi tərəfindən ölkəmizdə koronavirus infeksiyası (COVID-19) ilə bağlı mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlərlə bağlı dinləmə keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin sədrinin müavini Adil Əliyev, komitə sədrləri, deputatlar, səhiyyə nazirinin müavini Viktor Qasımov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi Şəxsin (TƏBİB) İdarə Heyətinin sədri vəzifələrini icra edən Vüqar Qurbanov, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva, Səhiyyə Nazirliyinin baş infeksionist eksperti Təyyar Eyvazov və digər mütəxəssislər iştirak edirlər.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisdə bu cür dinləmələrin keçirilməsinin artıq ənənə halını aldığını deyib. O, pandemiya ilə mübarizədə ölkəmizdəki vəziyyətin başqa dövlətlərlə müqayisədə çox yaxşı olduğunu söyləyib. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizdə bu sahədə vaxtında qabaqlayıcı tədbirlər görülüb. Lakin ehtiyatı əldən vermək olmaz, çünki koronavirus (COVID-19) daim mutasiyaya uğrayır. Ona görə də bu virusla mübarizəni nəzarətdə saxlamaq lazımdır.

Milli Məclis sədrinin müavini Adil Əliyev koronavirusla mübarizə sahəsində ölkəmizdə görülən ümumi işlərlə bağlı məruzə ilə çıxış edib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM