21 May 2014 02:05
402
PARLAMENT
A- A+

Milli Məclisdə görüşlər

 

"Azərbaycan həmişə Əfqanıstanın sosial-iqtisadi sahədə inkişafına dəstək göstərmiş və bundan sonra da göstərəcəkdir"- bunu mayın 20-də Azərbaycan Respublikası Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikasının Milli Assambleyasının deputatlarından ibarət nümayəndə heyəti ilə görüşü zamanı dedi.

Milli Məclis Sədrinin birinci müavini Əfqanıstan tərəfinə BMT Baş Məclisinin sessiyasında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən işğal olunmuş ərazilərdə vəziyyət haqqında qətnamənin qəbul olunmasına və ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinə göstərdiyi dəstəyə görə təşəkkür etdi.

Əfqanıstan parlamentinin Yuxarı Palatasının Beynəlxalq Əlaqələr komissiyasının rəhbəri, nümayəndə heyətinin başçısı Nisar Ahmad Haress Bakıda olduqları müddətdə səmərəli görüşlər keçirdiklərini söylədi. Nəzərdə tutulan məqsədlə bağlı ilk olaraq dost və qardaş ölkə olan Azərbaycana gəldiklərini bildirən nümayəndə heyətinin sədri bildirdi ki, səfər 3 mesajı (terrorizm, narkotik vasitələrin dövriyyəsi və dini fundamentalizmə qarşı daha səmərəli mübarizəni təşkil etmək) özündə ehtiva edir. Əfqanıstan parlamentariləri məhz bu məsələlərin daha geniş müzakirəsi üçün Kabildə dünya ölkələrinin parlament nümayəndələrindən ibarət konfransın keçirilməsini də təklif etdilər.

Qonaq ölkəsinin qarşılaşdığı problemlərin həllində daim Azərbaycanın yardımını və dəstəyini hiss etdiklərini minnətdarlıq duyğusu ilə vurğuladı.

Z.Əsgərov erməni terrorundan əziyyət çəkən, ərazisinin bir hissəsinin Ermənistanın işğalı altında olan Azərbaycanın belə məsələlərə həssaslıqla yanaşdığını deyərək bildirdi ki, narkotik vasitələrə qarşı mübarizə də ölkəmizin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindəndir.

Parlamentlərarası əlaqələr barədə də fikir mübadiləsinin aparıldığı görüşdə əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik ifadə edildi.

* * *

Mayın 20-də Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, Z.Əsgərov Avropa Şurası ilə Azərbaycanın əməkdaşlığından məmnunluqla söhbət açmışdır. O bildirmişdir ki, bizim münasibətlərimiz artıq yeni müstəvidə inkişaf edir. Azərbaycan Avropa Şurasının qarşısındakı öhdəliklərinin əksəriyyətini layiqincə və vicdanla yerinə yetirir. Lakin bəzi öhdəliklərin reallaşmamasının da öz obyektiv səbəbləri vardır.

Pedro Aqramunt Font de Mora Monitorinq Komitəsinin fəaliyyətinə verdiyi dəstəyə görə Azərbaycan Parlament nümayəndələrinə öz təşəkkürünü bildirmişdir.

Qonaq Azərbaycanda səfərləri müddətində keçirdikləri və gözlənilən görüşlər barədə geniş məlumat vermişdir.

Görüşdə əməkdaşlığın perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və digər məsələlər əsas müzakirə mövzusu olmuşdur.

* * *

Mayın 20-də Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvləri Azərbaycanda səfərdə olan Əfqanıstan İslam Respublikasının parlamentinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüblər. Görüşdə Azərbaycan-Əfqanıstan əlaqələrindən söz açılıb, hər iki ölkənin keçdiyi tarixi-siyasi yoldan bəhs edilib.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycan- Əfqanıstan əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini bildirib. Qeyd edib ki, Əfqanıstanın siyasi və mədəni tarixinə nəzər saldıqda məlum olur ki, ölkə çox qədimdir: "Sizin zəngin mədəniyyətiniz və ədəbi irsiniz mövcuddur. Əfqanıstan bizimlə dost ölkədir. Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqq səsini dəstəkləyən Əfqanıstan beynəlxalq təşkilatlar qarşısında da bizimlə həmrəylik nümayiş etdirir. Çox istərdik ki, Əfqanıstanda əmin-amanlıq bərpa olunsun".

Z.Səmədzadə Azərbaycanın iqtisadi inkişafından bəhs edərək bildirib ki, bununla bağlı parlament çoxsaylı qanunlar qəbul edib. Bu gün Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələr sırasındadır. Son 10 ildə ölkəmizin ümumi daxili məhsulu 3.2 dəfə artıb. Nəticədə Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrilib. Həmçinin, Azərbaycan dünyaya qaz ixrac edən ölkələrdəndir. Bunula belə Azərbaycanın ən ağrılı problemini xatırladan Z.Səmədzadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində xalqımızın başına gətirilən müsibətlərdən bəhs edib: "Bu problem də həll olunsa ölkəmiz daha da inkişaf edəcək. Dövlət başçımız bu istiqamətdə mühüm siyasət yürüdür. Xalqımız Prezidentin hər bir addımını dəstəkləyir. Təəssüf ki, bir çox beynəlxalq təşkilatlar bu məsələyə ikili standartlardan yanaşır. Bu isə problemin həllini çətinləşdirir. Amma inanırıq ki, iqtisadi gücümüz artdıqca bu problemi də həll edəcəyik".

Əfqanıstan parlamentinin Yuxarı Palatasının Beynəlxalq Əlaqələr komissiyyasının rəhbəri, nümayəndə heyətinin başçısı Nisar Ahmad Haress səmimi qarşılamaya görə Milli Məclisin Iqtisadi siyasət komitəsinin üzvlərinə minnətdarlığını bildirib. N.A.Haress Əfqanıstan İslam Respublikasının tarixi keçmişindən söz açıb. Ölkənin 5 min ilə yaxın tarixi olduğuna diqqəti çəkib: "Əfqanıstan xalqı tarixən sülhün, əmin-amanlığın tərəfdarı olmuş və uzun illər elə də yaşamışdır. Lakin zamanın ağır sınaqları ölkəmizi bərbad hala salmışdır, demokratiya və mədəni sahədəki nailiyyətlərimiz alt-üst olmuşdur. Ölkəmizdə əhalinin yüzdə yetmiş beş faizi yoxsuldur".

Görüşdə qarşiliqli maraq  doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.

* * *

Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex mayın 20-də Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvləri ilə görüşmüşlər.

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov görüşdə demişdir ki, bu gün Azərbaycan ilə Avropa Şurası arasında birgə fəaliyyət planı imzalanmışdır. O, yeni imzalanmış sənədin əhəmiyyətinə toxunaraq bildirmişdir ki, 13 il bundan əvvəl Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdən fərqli olaraq bu sənəd artıq Azərbaycandakı dəyərləri Avropaya göstərmək və birgə inkişaf etdirmək məqsədini daşıyır. Bu iki sənəd fərqli olsa da, bir-birinin məntiqi davamı və yüksək əməkdaşlığımızın göstəricisidir.

S.Seyidov vurğulamışdır ki, bu sənəd hər iki tərəfin tərəqqisinə xidmət edəcəkdir.

Görüşdə Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin icra vəziyyəti və əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.

* * *

Mayın 20-də Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex ilə görüşmüşlər.

Görüşdə çıxış edən siyasi partiyaların nümayəndələri qonaqlara regiondakı vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsi, qaçqın və məcburi köçkünlərin mövcud problemləri, o cümlədən beynəlxalq təşkilatların münaqişənin həlli istiqamətində atdıqları addımların nəticəsiz qalması barədə fikirlərini səsləndirmişlər.

Bildirilmişdir ki, artıq 20 ildən çoxdur Azərbaycan ərazisinin 20 faizi işğal altındadır və 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Ermənistan BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi dörd qətnaməyə, o cümlədən beynəlxalq təşkilatların bu barədə sənədlərinə məhəl qoymur.

Qeyd olunmuşdur ki, Azərbaycan xalqı Avropa Şurasının  Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı haqlı mövqeyini yüksək qiymətləndirir.

Görüşdə təcavüzkar Ermənistana qarşı indiyədək heç bir sanksiya tətbiq edilməməsinin təəssüf doğurduğu vurğulanmışdır. Bildirilmişdir ki, əgər hazırda dünyada baş verən proseslərə beynəlxalq ictimaiyyətin göstərdiyi reaksiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə göstərilsəydi indi daha ədalətli nəticələr əldə etmək olardı.

Görüşdə Avropa Şurası ilə Azərbaycan ara

sında əlaqələrin gündən-günə inkişaf etdiyi məmnunluqla qeyd edilmişdir. Bildirilmişdir ki, ölkəmiz Avropa Şurasının fəaliyyətində yaxından iştirak edir. Sevindirici haldır ki, Azərbaycan Avropa Şurası qarşısındakı öhdəlikləri uğurla yerinə yetirir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuş, həmməruzəçilərin sualları cavablandırılmışdır.

* * *

Mayın 20-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex ilə görüşmüşlər.

Görüşdə çıxış edən komitənin sədri Əli Hüseynli hüquq siyasəti və dövlət quruculuğu komitəsinin fəaliyyəti haqqında məlumat vermişdir. O bildirmişdir ki, həmməruzəçilərlə komitə üzvlərinin görüşləri  artıq ənənə halını almışdır və bu təsadüfi deyildir. Belə ki, insan hüquqları ilə bağlı hüquqi baza məhz bu komitə tərəfindən hazırlanır. Bu görüşlər də birgə işə öz töhfəsini verəcəkdir.

Görüşdə regionda vəziyyət, insan hüquqlarının pozulması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Avropa  Şurasının münaqişənin həlli ilə bağlı gördüyü işlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Sonda komitənin üzvləri qonaqları maraqlandıran sualları cavablandırmışlar.

 

Məmməd AĞAYEV,

Elgün MƏNSİMOV,

"Azərbaycan"

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video