26 Avqust 2011 12:08
682
Milli Məclis
A- A+

Milli Məclisdə görüş

 

Avqustun 25-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizdə səfərdə olan BMT-yə üzv 13 ölkənin daimi nümayəndəliklərinin əməkdaşları ilə görüşmüşdür.

Səməd Seyidov bildirmişdir ki, dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz bütün sahələrdə uğurlar qazanmışdır.  Azərbaycanın iştirakı ilə reallaşdırılan qlobal infrastruktur layihələri ölkəmizin iqtisadi qüdrətini təmin etməklə yanaşı beynəlxalq aləmdə də mövqelərini möhkəmləndirmişdir. Bu gün Azərbaycanın bilavasitə iştirakı olmadan regionda hər hansı irimiqyaslı layihəni həyata keçirmək mümkünsüzdür.

Komitə sədri qeyd etdi ki, Azərbaycan bütün beynəlxalq təşkilatlarla, o cümlədən - Avropa Şurası, Avropa İttifaqı, BMT ilə sıx əməkdaşlıq edir. İnanırıq ki, bundan sonra BMT-də rəsmi Bakının mövqeyi daha da möhkəmlənəcəkdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan Səməd Seyidov bildirdi ki, mövcud problemin həll olunmaması bölgədə sülh və əmin-amanlığın təminatına ciddi əngəl yaradır. İşğalla bağlı BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini, ATƏT, Avropa Şurasının qərarlarını xatırladan komitə sədri Ermənistanın təcavüzkar siyasətindən hələ də əl çəkmədiyini diqqətə çatdırdı.

Benin dövlətinin BMT yanındakı daimi nümayəndəsi Jan-Fransis Reqis Zinsou  bildirmişdir ki, Azərbaycana gələn nümayəndə heyətinin bu ölkə ilə əyani tanışlığı əlaqələrin hərtərəfli inkişafı baxımından çox əhəmiyyətlidir. Səfərimiz çərçivəsində Azərbaycanın siyasi, iqtisadi, mədəni, sosial həyatı ilə yaxından tanış olduq. Ölkəniz sürətlə  inkişaf edir. Hesab edirik ki, Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemi də tezliklə öz ədalətli həllini tapacaqdır.

Sent Vinsent və Qrenadin dövlətinin nümayəndəsi Kamillo Qonsalves qeyd etmişdir ki, Karib dənizi hövzəsi ölkələri xarici siyasətdə vahid mövqedən çıxış etmək barədə razılıq əldə etmişlər. Bu 14 ölkə BMT-də keçiriləcək səsvermədə Azərbaycanın mövqeyini müdafiə edəcəkdir.

Görüşdə iştirak edən digər nümayəndələr də Bakıya səfərdən məmnun qaldıqlarını, Azərbaycanın regionda və dünyada gedən proseslərdə fəal iştirakını yüksək qiymətləndirmişlər.

Görüşdə Milli Məclisin deputatlarından Sevinc Fətəliyeva, Asim Mollazadə, Qənirə Paşayeva BMT yanında daimi nümayəndəliklərin əməkdaşlarının ölkəmizə edilən səfərlərini yüksək qiymətləndirdilər. Qeyd edildi ki, bu səfərlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın inkişafına təkan verəcəkdir.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video