22 Noyabr 2011 02:11
966
Milli Məclis
A- A+

Milli Məclisdə görüş

 

Noyabrın 21-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan  Türkiyə Böyük Millət Məclisinin (TBMM) Beynəlxalq əlaqələr komitəsinin sədri Volkan Bozkırın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 

Oqtay Əsədov dedi ki, qarşılıqlı səfərlər zamanı aparılan danışıqlar, indiyə kimi imzalanan 170-ə qədər hüquqi sənədlər iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar yaradır. Ölkələr arasındakı əlaqələrin inkişafında hər iki dövlətin rəhbərlərinin böyük xidməti var. Ötən il Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə" imzalamışlar. Bu, ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu sübut edir.

Milli Məclisin Sədri Oqtay Əsədov parlamentlərarası əlaqələrin də inkişaf etdiyini bildirdi. O, Türkiyəyə səfəri zamanı keçirdiyi görüşləri xatırlatdı, hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsini yüksək qiymətləndirdi.

Dövlətlərarası münasibətlərdə parlamentlərin rolunu xüsusi vurğulayan Oqtay Əsədov Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə qardaş ölkəyə  minnətdarlıq etdi. O bildirdi ki,  Türkiyə dünya siyasətində öz sözünü deyir və bu, bizi çox sevindirir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv olmasında da Türkiyənin dəstəyini gördük və bunu yüksək dəyərləndiririk.

TBMM-ın Beynəlxalq əlaqələr komitəsinin sədri Volkan Bozkır Azərbaycanı BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə təbrik etdi. Azərbaycanın bugünkü inkişafını yüksək qiymətləndirən qonaq qeyd etdi ki, bütün bunlar qardaş və dost türk xalqını çox sevindirir.

Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağına inandığını bildirən komitə sədri bildirdi ki, münaqişə həll olunmayana qədər Türkiyə-Ermənistan sərhədləri açılmayacaq. Sürix protokolları da Türkiyə Böyük Millət Məclisinin Beynəlxalq əlaqələr komitəsində müzakirəyə çıxarılmayacaqdır.

TBMM-in komitə sədri Van vilayətində baş vermiş zəlzələdən əziyyət çəkənlərə göstərilən diqqət və qayğıya görə bir daha Azərbaycan xalqına və dövlətinə minnətdarlığını bildirdi.

Sonra görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, beynəlxalq əməkdaşlıq, terrorizmə qarşı mübarizə və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

 

"Azərbaycan"

Foto F.BAĞIROVUNDUR

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video