20 Oktyabr 2011 07:10
924
Milli Məclis
A- A+

Milli Məclisdə görüş

 

Oktyabrın 19-da Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Baş katibi, qurumun Daimi komitəsinin həmsədri Çunq Eu-Yonqu qəbul etmişdir.

Spiker qonağı səmimi salamlayaraq müstəqil Azərbaycanın dünyanın nüfuzlu beynəlxalq qurumları ilə sıx əməkdaşlıq etdiyini söylədi. Bildirildi ki, Azərbaycanda iqtidar partiyası olan və  Milli Məclisə seçkilər zamanı parlamentdə yerlərin çoxunu qazanmış Yeni Azərbaycan Partiyası müxtəlif ölkələrdəki siyasi qurumlarla əlaqələrə  böyük maraq göstərir. Asiya qitəsində yerləşən ölkələrdəki siyasi partiyalarla münasibət getdikcə genişlənir. Demokratik, dünyəvi dövlət quruculuğu yolunda inamla addımlayan Azərbaycanda demokratik, hüquqi, iqtisadi islahatlar uğurla davam etdirilir. İqtisadi inkişaf dinamikasına görə Azərbaycan yerləşdiyi regionda lider dövlətə çevrilmişdir.

Biz öz ölkələrində kifayət qədər nüfuza malik partiya nümayəndələri ilə görüşüb qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmağı əhəmiyyətli hesab edirik. Bu baxımdan 2012-ci ildə Bakıda  Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasının keçirilməsi barədə qərarı alqışlayırıq.

Səmimi qəbul üçün minnətdarlığını bildirən qonaq Azərbaycana səfərindən və burada gördüyü qonaqpərvərlikdən məmnun qaldığını ifadə etdi. Bildirildi ki, qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanla əlaqələrin inkişafı təmsil etdiyi təşkilat üçün çox əhəmiyyətlidir. Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Yeni Azərbaycan Partiyası ilə sıx əlaqə saxlayır. Biz Qafqazın bu bölgəsində baş verən prosesləri diqqətlə izləyirik. Bölgəyə olan marağı nəzərə alaraq, təşkilatın növbəti Baş Assambleyasının Bakıda keçirilməsi barədə qərar qəbul edilmişdir. Biz belə hesab edirik ki, bu tədbir partiyalararası münasibətlərin inkişafına yeni təkan verməklə yanaşı, bölgə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında da əhəmiyyətli rol oynayacaq.

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Görüşdə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının sədr müavini və icra katibi, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Daimi komitəsinin İdarə heyətinin üzvü Əli Əhmədov və digər rəsmi şəxslər iştirak edirdilər.

 

Milli Məclisin mətbuat xidməti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video