16 Aprel 2021 22:23
881
PARLAMENT
A- A+

Milli Məclisdə Fransa səfiri ilə görüş olub

 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova aprelin 16-da Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, komitə sədri ölkəmizin Fransa ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirib. Hələ 1918-ci ildə Azərbaycanın Şərqdə qadınlara seçki hüququ verən ilk ölkələr sırasında olduğunu qeyd edən Hicran Hüseynova bu gün ölkədə qadın və uşaq hüquqlarının müdafiəsi ilə bağlı mövcud olan təkmil qanunvericilik bazasından söhbət açıb. Qadın hüquqlarının, qadın iştirakçılığının dövlət siyasətinin prioritet istiqamətləri olduğunu deyən komitə sədri Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəyə xüsusi diqqət yetirdiklərini vurğulayıb.

Hicran Hüseynova Azərbaycanın Ermənistanın işğalına məruz qalan torpaqlarını 44 günlük Vətən müharibəsində qazandığı Zəfər nəticəsində azad edərək ərazi bütövlüyünü bərpa etməsindən söhbət açıb. Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələrinin aradan qaldırılması, xüsusən də qadın və uşaqların reabilitasiyası istiqamətində görülən işlər barədə danışan komitə sədri beynəlxalq təşkilatların və dünya dövlətlərinin əksəriyyətinin bütün bunların fonunda işğalçı Ermənistanı qınamamasının anlaşılmaz olduğunu deyib.

Görüşə görə minnətdarlığını bildirən Fransanın ölkəmizdəki səfiri Zakari Qros ölkəsinin Azərbaycanla əlaqələrin daha da dərinləşməsində maraqlı olduğunu deyib. O, Fransanın ölkəmizin ərazi bütövlüyünü həmişə tanıdığını, müharibənin başa çatmasından, azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıtmaq imkanı qazanmasından məmnunluğunu ifadə edib. Fransa-Azərbaycan əlaqələrində müsbət ənənələrin olduğunu vurğulayan diplomat ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə inamını bildirib.

Görüşdə qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin olunması, məişət zorakılığı ilə mübarizə, qadınların səhiyyədə iştirakı kimi istiqamətlərdə birgə əməkdaşlıq platformaları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video