29 Iyun 2021 17:37
840
PARLAMENT
A- A+

Milli Məclisdə bir qrup tanınmış idmançı ilə görüş keçirilib

 

İyunun 29-da Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edən idmançıların bir qrupu ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, mövcud pandemiya qaydalarına riayət etməklə keçirilən görüşdə idmançılarımızı maraqlandıran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb. Bildirilib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş idman siyasəti bu gün dövlətimizin başçısı tərəfindən çox böyük uğurla davam etdirilir. İdman sahəsinə göstərilən diqqət və qayğının nəticəsidir ki, idmançılarımız beynəlxalq yarışlardan çoxsaylı medallarla geri dönüblər. 1997-ci ildə Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra ölkəmizdə idman sahəsində görülən işlər daha geniş vüsət alıb. İdmanın maddi-texniki bazasının formalaşdırılması, idmançılarımızın təminatlarının ən yüksək səviyyəyə çatdırılması, onlar üçün lazımi şəraitin yaradılması görülən işlərin bariz nümunələridir.

Qeyd olunub ki, məhz bu diqqət və qayğının nəticəsində idmançılarımız beynəlxalq yarışlara yüksək səviyyədə hazırlaşır, bayrağımızı dalğalandırır, himnimizi səsləndirirlər. Ölkəmizin medalların sayına görə ön sıralara yüksəlməsi hər bir azərbaycanlını qürurlandırır.

A.Əliyev vurğulayıb ki, idmançılarımız beynəlxalq yarışların qalibi olmaqla yanaşı, Azərbaycan olimpiadaların, beynəlxalq idman yarışlarının ən yüksək səviyyədə keçirildiyi ölkəyə çevrilib. İstər Avropa Oyunlarının, istər IV İslam Həmrəyliyi Oyunlarının, habelə Formula 1 kimi beynəlxalq yarışları yüksək səviyyədə təşkil edən Azərbaycan beynəlxalq idman aləmdə layiqli yerini tutub.

Diqqətə çatdırılıb ki, idmançılarımızın qazandıqları qələbələrin istərsə gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsində, istərsə də bədən tərbiyəsinin kütləviləşməsində və sağlam vətəndaş yetişdirilməsində rolu olduqca mühümdür. Xüsusilə də gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər, sağlam ruhda yetişdirilməsində idmanın rolu danılmazdır.

Görüşdə Adil Əliyev WAKO-da dünya və Avropa çempionu olan Amin Quliyevi “İdman ustası” adı alması münasibətilə təbrik edib. Bildirib ki, o, bu ada layiq görülən ən gənc idmançılardan biridir.

Sonunda iştirakçılara qarşılarına qoyulan vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gəlməyin vacibliyi tövsiyə edilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən döyüş meydanında qazanılmış Zəfərin beynəlxalq yarışlarda da davam etdirilməsinin zəruriliyi xüsusi vurğulanıb.

Görüş iştirakçıları səmimi qəbula görə təşəkkürlərini bildiriblər.

Sonda iştirakçılara Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri fərmanı təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video