06 May 2021 20:52
1154
PARLAMENT
A- A+

Milli Məclisdə Azərbaycan-Venesuela əlaqələri müzakirə olunub

 

Mayın 6-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Venesuela Bolivar Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Martinez Berroteranla görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qonağı səmimi salamlayan komitə sədri Kristofer Martinez Berroteranın Azərbaycanda səfir kimi aktiv fəaliyyətini qeyd edib. Səməd Seyidov dövlət rəhbərləri arasındakı yüksək səviyyəli siyasi əlaqələr sayəsində ölkələrimizin dostluq münasibətlərinin inkişaf etdiyini söyləyib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi Venesueladan təhvil almasını əlamətdar hadisə kimi dəyərləndirib. O vurğulayıb ki, əlaqələrin inkişafı üçün bu əlverişli mühitə baxmayaraq, ölkələrimiz arasındakı iqtisadi-ticari əməkdaşlıq istənilən səviyyədə deyil.

Dostluq münasibətlərinin parlamentlərarası əməkdaşlığın inkişafı üçün də geniş imkanlar açdığını bildirən Səməd Seyidov bu sahədə əlaqələrin təşkili perspektivlərindən söz açıb.

Görüşə görə minnətdarlığını bildirən Kristofer Martinez Berroteran parlament diplomatiyasının rolunu yüksək qiymətləndirdiyini deyib. Səfir ölkələrimizin parlamentləri arasında münasibətlərin inkişafının ümumi mənafelərə cavab verdiyini diqqətə çatdırıb. Qonaq Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Prezident İlham Əliyevin fəaliyyətini qeyd edərək, yüksək səviyyəli əlaqələrin, qarşılıqlı səfərlərin, aparılan danışıqların və ölkələrimiz arasında imzalanmış sənədlərin ikitərəfli əməkdaşlığın inkişafı üçün əlverişli şərait yaratdığını qeyd edib.

Görüşdə digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video