03:42 28 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 28.11.2021 Acı olsa da, xeyirlidir
00:18 28.11.2021 Gəzən soğanlar
00:15 28.11.2021

Ən çox soğan yeyənlər


00:14 28.11.2021 Təbii müalicə
00:12 28.11.2021 Qırmızının gücü
00:12 28.11.2021 Hər dərdə dəva
00:11 28.11.2021 Şəkərin düşməni
Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli Məclis sədrinin müavini: Vətən müharibəsi xalqımızın birliyini, əzəmətini dünyaya göstərdi
ANA SƏHİFƏ / PARLAMENT
16:37 17.05.2021

 

Mayın 17-də Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Vətən müharibəsində arxa cəbhədə fəallığı ilə seçilmiş bir qrup jurnalist və siyasi şərhçi ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Adil Əliyev şanlı tariximizin ən böyük hadisələrindən biri olan Vətən müharibəsindən söhbət açaraq bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun uzun illərdir işğal altında qalan torpaqlarımızı düşmən işğalından azad etməsi hamımızın qürur mənbəyidir. Ümummilli lider Heydər Əliyevin dövründə başlanmış ordu quruculuğu, yüksəkixtisaslı hərbi qulluqçuların hazırlanması, habelə gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsi, idmanda kütləviliyin təmin olunması siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu uğurlu siyasət sayəsində döyüş meydanında misilsiz Qələbəmiz təmin olundu. Düşmənin döyüş meydanında məğlub edilərək geri oturdulması ilə yanaşı, diplomatik sahədə də uğurlarımız bizi Böyük Qələbəyə qovuşdurdu.

A.Əliyev diqqətə çatdırıb ki, Ermənistan tərəfinin məğlubiyyətə uğrayaraq imzaladığı kapitulyasiya aktı bir neçə rayonumuzun bir güllə belə atılmadan azad olunması ilə nəticələndi. Beləliklə, ölkəmiz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan qətnamələrin icrasını özü təmin etdi.

Milli Məclis sədrinin müavini işğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsi məsələsinə də toxunaraq, qısa müddət ərzində şəhər və rayonlarımızın bərpası üçün görülən işlərdən danışıb. Qeyd edib ki, mədəniyyət paytaxtımız olan Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı şəhərin tarixi kimliyini özünə qaytardı.

Azərbaycan cəmiyyətinin multikultural dəyərlərindən danışan vitse-spiker, ölkəmizdə heç bir zaman dini, etnik ayrı-seçkiliyin olmadığını qeyd edib. Bildirib ki, Vətən müharibəsi xalqımızın birliyini, əzəmətini dünyaya göstərdi. Adil Əliyev ölkəmizdə yaşayan bütün icmaların müharibədə təmsil olunmasını, habelə ordumuzda bir nəfər də olsa, fərarinin olmamasını iftixarla qeyd edib.

Səmimi görüşə görə təşəkkürlərini bildirən qonaqlar bundan sonra da həm yerli, həm də xarici media orqanlarında haqq səsimizin dünyaya çatdırılmasını, habelə şəhid ailələrinə və qazilərimizə diqqət və qayğı göstərilməsini hər zaman diqqətdə saxlayacaqlarını qeyd ediblər.

Sonda görüş iştirakçılarına Vətən müharibəsində arxa cəbhədə göstərdikləri xidmətlərə görə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri fərmanı təqdim edilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM