03:28 24 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:09 24.10.2021 256 il yaşayan insan
00:07 24.10.2021 Aman qocalıq
00:06 24.10.2021

Ən tez bu orqan qocalır


00:04 24.10.2021 Cavanlığın sirri
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli Məclis Sədrinin müavini seçiciləri ilə görüşüb

ANA SƏHİFƏ / CƏMİYYƏT
00:26 17.09.2021

 

Sentyabrın 16-da Milli Məclis Sədrinin müavini Adil Əliyevin deputat seçildiyi 20 saylı Nərimanov ikinci seçki dairəsi ərazisində yaşayan seçiciləri ilə növbəti görüşü olub.

AZƏRTAC xəbər verir ki, pandemiya qaydalarına uyğun keçirilən görüşdə Adil Əliyev Vətən müharibəsindən ötən 10 ay müddətində işğaldan azad edilən ərazilərimizdə aparılan böyük abadlıq-quruculuq işlərindən söz açıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm Zəfər qazanan Azərbaycanın 30 illik işğala son qoyduqdan dərhal sonra öz əzəli torpaqlarında bərpa və yenidənqurma işlərinə başladığını deyib. 

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətindən bəhs edən Milli Məclis Sədrinin müavini Heydər Əliyev Fondu tərəfindən mədəniyyət paytaxtımız Şuşada təşkil edilən tədbirlər barədə danışıb, bu istiqamətdə aparılan işlər barədə geniş məlumat verib.

Görüşdə seçicilərin müraciətlərinə həssaslıqla yanaşılıb, onların qaldırdığı sosial, məişət, humanitar xarakterli bir sıra məsələlər yerindəcə həll olunub. Digər xarakterli müraciətlərin həlli üçün aidiyyəti üzrə müxtəlif qurumlara məktublar ünvanlanıb. Görüş zamanı bəzi vətəndaşlara müraciətləri ilə bağlı qanunvericiliyin tələblərinə uyğun izahlar verilib. 

Adil Əliyev yaranan fürsətdən istifadə edərək seçicilərinə koronavirus pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə əməl etməyin zəruriliyini bildirib.

Tədbirdə Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini və digər vəzifəli şəxslər iştirak ediblər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM