19 Oktyabr 2021 23:29
696
CƏMİYYƏT
A- A+

Milli Məclis sədrinin müavini Adil Əliyev Beyləqanda şəhidlərin anım tədbirlərində iştirak edib

 

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev və deputat Şahin İsmayılov oktyabrın 19-da Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə rayondakı Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin müqəddəs ruhlarına dualar oxuyublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sonra Beyləqan rayonunun kənd və qəsəbələrində şəhidlər Əlizadə Toğrul Rafiq oğlu, Əliyev Elşən Novruz oğlu və Teymurov Mansur Elnur oğlunun xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilib. Tədbirlərdə vitse-spiker Adil Əliyev məhz bu cür igid oğullar sayəsində əzəli torpaqlarımızın düşmən işğalından azad edildiyini və tariximizin şanlı səhifəsinin yazıldığını qeyd edib. O, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfərin ölkəmiz və bütün türk dünyası üçün əhəmiyyətindən danışıb. Deyib ki, Azərbaycanın həm döyüş meydanında, həm də diplomatik arenada qazandığı Qələbə beynəlxalq aləmdə ölkəmizin nüfuzunu çox gücləndirib. Vitse-spiker vurğulayıb ki, təcavüzkar Ermənistanın 30 illik işğalına son qoyulmasına, qazanılan Qələbəyə görə hamımız Azərbaycanın qəhrəman övladlarına borcluyuq. Xalqımız heç zaman Vətən müharibəsi şəhidlərini unutmayacaq, qazilərimizi hər zaman uca tutacaq. Qeyd edib ki, şəhid və qazi ailələri daim dövlətimizin başçısının və birinci xanım Mehriban Əliyevanın qayğısı ilə əhatə olunublar.

Tədbirlərdə Gənclər və idman komitəsi sədrinin müavini, Beyləqan rayonundan Milli Məclisə deputat seçilmiş Şahin İsmayılov çıxış edərək şəhidlərin müqəddəs xatirələrinin əziz tutulduğunu, Vətən müharibəsində Qələbə qazanmaqla ölkəmizin öz gücünü və qüdrətini dünyaya nümayiş etdirdiyini vurğulayıb.

Çıxışlarda işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq işlərindən də bəhs olunub.

Beyləqan şəhidlərinin təltif edildikləri medallar anım mərasimlərində ailələrinə təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video