16 Aprel 2014 04:04
330
PARLAMENT
A- A+

Milli Məclis ilə ATƏT-in Parlament Assambleyası arasında qurumun 23-cü illik sessiyasının Bakıda keçirilməsinə dair saziş imzalanmışdır

Aprelin 16-da Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə Oqtay Əsədov bu səfərin parlamentlərarası əlaqələrin daha da inkişafına töhfə verəcəyini demişdir. O, Azərbaycan ilə Monteneqro arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirmişdir. Qeyd edilmişdir ki, qarşılıqlı səfərlər və keçirilən görüşlər, imzalanmış sənədlər əməkdaşlığımızın hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaradır.
Milli Məclisin sədri son 10 ildə Azərbaycanda bütün sahələrdə əldə olunan sürətli inkişafdan da söhbət açmışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Oqtay Əsədov bildirmişdir ki, BMT Təhlükəsizlik Şurasının problemin həlli ilə bağlı qəbul etdiyi dörd qətnaməyə, o cümlədən digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə məhəl qoymayan Ermənistan torpaqlarımızın 20 faizini işğal altında saxlayır. Təəssüf ki, işğalçı dövlətə qarşı heç bir sanksiya tətbiq edilmir.
Ranko Krivokapiç Azərbaycan ilə Monteneqro arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd etmişdir.
Dağlıq Qarabağ münaqişəsinə toxunan R.Krivokapiç ATƏT-in Minsk qrupunun problemin həlli istiqamətində vasitəçilik səylərinin daha da fəal olmasına çalışdıqlarını söyləmişdir. O demişdir: “Qafqazda sabitliyin bərqərar olması üçün birgə səylər göstərəcəyik. Münaqişələrin həlli bizim vəzifələrimiz arasında prioritet məsələ olmalıdır”.
Görüşün sonunda Azərbaycan Respublikasının Milli Məclisi ilə ATƏT Parlament Assambleyası arasında qurumun 23-cü illik sessiyasının Bakıda keçirilməsinə dair saziş imzalanmışdır.
Sazişi Milli Məclisin sədri Oqtay Əsədov və ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç imzalamışlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video