28 Avqust 2021 00:24
753
Elm və texnika
A- A+

Məzənnənin almazları

 

KD Küveyt dinarı:

Dünyanın ən bahalı valyutası Küveyt dinarı Küveyt dövlətinin rəsmi pul vahididir. 1961-ci ildə Körfəz rupisini əvəz edən dinar 1966-cı ildən yeganə valyutaya çevrilib. Küveyt dinarının dəyərinin yüksək olması ölkənin sürətlə inkişaf edən iqtisadiyyatı ilə əlaqəlidir. Əsginaslar xüsusi dizaynla hazırlanıb. Hətta görmə əngəlli insanlar əsginasları üzərindəki simvollara toxunmaqla asanlıqla tanıya bilərlər. Hazırda 1 Küveyt Dinarı 3,32 ABŞ dollarıdır.

 

Funt sterlinq:    

Böyük Britaniyanın milli valyutası olan funt sterlinq məzənnədə dəyəri ilə ikinci sırada yer alır. Pul vahidinin adı “Libra” sözünü ifadə edir. Bu söz ingilis dilindən tərcümədə tərəzi mənasını verir. Sterlinqin işarəsi ( ) də məhz “Libra” sözünün baş hərfi olan “L”-dən götürülüb. Bu pul sikkə şəklində ilk dəfə 1489-cu ildə İngiltərə kralı VII Henrinin hakimiyyətdə olduğu zaman ortaya çıxıb. İngiltərədə bankın yaranmasından sonra 1694-cü ildən kağız əsginaslar dövriyyəyə buraxılıb. 2002-ci ildən Avropa Birliyində olan bir çox ölkələr vahid pul valyutası kimi avroya keçsələr də, Birləşmiş Krallıq funt sterlinqi milli valyuta kimi saxlayıb.

 

Avro:

Avropa Birliyinə daxil olan ölkələrin iqtisadi və pul siyasətini daha yaxşı əlaqələndirmək üçün ötən əsrin sonlarında plan hazırlandı. Vahid pul sistemi həmin ölkələr arasında ticarət münasibətlərinin daha asan həyata keçirilməsini təmin etməli idi. Bunun nəticəsi olaraq Avropa İttifaqının pul vahidi olan avro 1999-cu ildə yarandı. Avro əvvəlcə nağdsız istifadə şəklində təqdim edildi. Lakin 2002-ci ildən etibarən sikkə və kağız əsginaslar istehsal edilərək Avropa Birliyinin 12 üzv ölkəsinin yeganə valyutası statusunu qazandı. Birliyə üzv olmayan bəzi ölkələr də avrodan istifadə etməyə başladılar. Hazırda avro 19 ölkənin rəsmi valyutasıdır.

 

Dollar:

Mövcudluğu Amerikadan başlayan dolların ilk nümunə sikkəsi 1792-ci ildə buraxılmışdı. Bu sikkə Peru və Meksikada istifadə edilən İspan dollarına bənzəyirdi. Lakin bir müddət sonra ABŞ-da mövcud olan digər valyutalar dövriyyədən çıxarıldı. Dolların ilk əsginasları 1861-ci ildə nəşr olunmuşdu. Həmin əsginaslar yaşıl rəngdə olduğu üçün “yaşıl pul” kimi də tanınırdı. Dollar 1944-cü ildə ABŞ-ın rəsmi valyutası kimi qəbul edildi. Bununla da dünyanın ən dominant valyutalarından birinə çevrildi. Hər bir kağız pulun üzərinə “In God We Trust” (Biz Allaha inanırıq) şüarının əlavə edilməsi haqqında qanun qəbul edildikdən sonra bugünkü əsginasların dizaynı 1963-cü ildə hazırlanıb. Hər sikkə və əsginasda təsvir edilən şəxslər Amerika tarixi üçün xüsusi önəm kəsb edən şəxsiyyətlərdir. 

 

Aydan XƏLİLOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video