29 Oktyabr 2011 02:10
346
İQTİSADİYYAT
A- A+

Metanol zavodunun inşası ilin sonunda yekunlaşacaq

 

Bu barədə Azərbaycanda Avropa İqtisadiyyat, Ticarət və Sənaye Palatasının prezidenti Nizami Piriyev jurnalistlərə açıqlamasında məlumat vermişdir.

O bildirmişdir ki, 2012-ci ilin iyun ayında zavod tam gücü ilə işə başlayacaq. Zavodun ilkin istehsal gücü 560 min tondur. Müəssisə istifadəyə verildikdən təxminən 6 ay sonra isə illik istehsal gücü 720 min tona çatdırılacaq. Zavodun xammalını əldə etmək üçün Almaniyadan xüsusi qurğu sifariş edilmişdir.

Metanol zavodu kimya sənayesində ekoloji baxımdan ən səmərəli müəssisə hesab olunur. Çünki zavodda havaya və kanalizasiyaya heç bir tullantı atılmayacaq. Zavod Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı kredit vəsaiti hesabına azərbaycanlı mütəxəssislər tərəfindən tikilir.

Metanol zavodunun inşasına təxminən 360 milyon dollar investisiya qoyulmuşdur. Layihənin ümumi dəyəri isə 400 milyon dollardır. 

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video