18:58 13 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Metal yığmaq üçün işğaldan azad olunmuş ərazilərə keçən şəxslər saxlanıldı
ANA SƏHİFƏ / CƏMİYYƏT
14:32 10.04.2021

 

Füzulidə işğaldan azad olunmuş ərazilərə keçən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə mxübirinə verilən məlumata görə, aprelin 9-da saat 18.15 radələrində Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Seyidəhmədli kəndindən Alxanlı kəndi istiqamətində nəzarət postundan kənar yollarla icazəsiz olaraq keçən “VAZ-2106” markalı avtomobilin sürücüsünə növbəti nəzarət postunda “saxla” işarəsi verilib. Sürücü polis əməkdaşının qanuni tələbinə tabesizlik göstərərək, avtomobili onların üzərinə sürməklə polis əməkdaşının və Daxili Qoşunların hərbi qulluqçusunun ayaq nahiyələrinə xəsarət yetirərək ərazidən uzaqlaşmağa cəhd göstərib.

Keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində həmin avtomobilin rayonun Kərimbəyli kəndində saxlanılaraq Füzuli RPŞ-yə gətirilməsi təmin olunub. Araşdırmalarla sürücü və sərnişinin Beyləqan rayon sakinləri Zamir Əhmədov və əvvəllər məhkum edilmiş Zamiq Fərzəliyev olduğu, onların əlvan metal yığmaq məqsədilə həmin ərazilərə keçmələri müəyyən olunub.

Hazırda faktla bağlı Füzuli RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM