20 Noyabr 2021 00:15
1353
Elm və texnika
A- A+

“Meta”dan “ağıllı” saat

 

Bu ayın əvvəlindən “Feysbuk” şirkətinin adı dəyişdirilərək “Meta” oldu. Yaxın vaxtlarda şirkət ilk “ağıllı” saat modelini təqdim etməyə hazırlaşır. Bu barədə məlumatlar bir müddət bundan əvvəl yayılsa da, saatın ilk fotosu bu günlərdə paylaşılıb.

Bu qol saatı xarici görünüşü etibarilə “Apple Watch”u xatırlatsa da, korpusu ondan bir qədər geniş  və kənarları əyri olacaq. Onun ekranının aşağı hissəsində kamera, gövdəsinin sağ hissəsində isə idarəetmə düymələri yerləşəcək. Yeni modelin gövdəsi paslanmaz poladdan hazırlanacaq.

“Ağıllı” saata modem və mobil şəbəkə modulu da inteqrasiya ediləcək. Mobil şəbəkə modulu vasitəsilə istifadəçi zəng edə, habelə gələn zəngləri qəbul edə biləcək. Hətta insan səhhətinin müxtəlif faktorlarının monitorinqi üçün nəzərdə tutulmuş sensorlara da sahib olacaq.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video