13:32 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Məsləhətçi dolab

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:39 11.09.2021

 

Alimlərin insanları təəccübləndirən son icadlarından biri də süni intellektə malik dolablardır. Xüsusi quraşdırılmış sistem vasitəsilə geyimlərimizin səliqəli və gigiyenik şəkildə saxlanılmasına  şərait yaradan bu saxlaclar həyatı çox rahatlaşdırır. Zahirən adi paltar dolabından seçilməyən bu yeni dolab xüsusi asqıları vasitəsilə daha çox sayda paltar saxlamağa imkan verir.

Qarşıdakı  illərdə bu qarderoblara “ağıllı” güzgülərin də əlavə edilməsi nəzərdə tutulur. Bu güzgülər istifadəçilərə bədən quruluşuna və stillərinə görə gərəkli məsləhətlər verəcək. Güzgüyə baxan adam oradakı ekran vasitəsi ilə virtual şəkildə təqdim olunmuş nümunələri geyinə biləcək. Daha sonra isə seçdiyi geyimləri onlayn sifariş də edə biləcək.

 

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM