10:34 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:44 19.10.2021

Müstəqillik zirvəsi


00:42 19.10.2021

FATEH, yoxsa XİLASKAR?


00:41 19.10.2021

19 oktyabr


00:35 19.10.2021

10 QOLLU TUR


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Məşğulluq marafonu”na başlanmasından 3 ay ötür

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:33 12.09.2021

 

Bu müddətdə marafona təqdim edilən vakansiyaların sayı 2349-a, işlə təmin olunanların sayı 659-a çatıb

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin işlə təminatına dəstək məqsədi daşıyan “Məşğulluq marafonu”na başlanmasından artıq üç ay ötür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan marafona ötən dövr ərzində artıq 497 işəgötürən qoşulub. Onlardan 261-i dövlət, 236-sı özəl müəssisələrdir.

Həmin işəgötürənlər tərəfindən elektron sistemə 2349 vakansiya təqdim edilib. Vakansiyalar üzrə verilən göndərişlər əsasında işlə təmin olunanların sayı isə 659-a çatıb. Onlardan 542-si qazi, 117-si şəhid ailəsi üzvləridir.

“Məşğulluq marafonu” şəhid ailəsi üzvləri və qazilərin məşğulluq imkanlarının artırılması üçün aparılan işlərdə işəgötürənlərin korporativ sosial məsuliyyət, milli həmrəylik prinsipindən çıxış etməklə daha fəal iştirakına şərait yaradır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM