23 Sentyabr 2020 01:27
1325
Fərmanlar
A- A+

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 7 avqust tarixli 162-VIQD nömrəli Qanununun tətbiqi və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il

7 avqust tarixli 162-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. "Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4.4.1.1-ci, 4.4.1.2-ci (hər üç halda), 4.4.2-ci (hər iki halda), 4.4.3-cü (hər üç halda), 4.4.4-cü (hər iki halda), 4.7-ci (hər iki halda), 20.2-ci maddələrində və 24.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 4.4.1.2-ci (birinci halda) maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Qanunun 4.4.1.1-ci, 4.4.1.2-ci (üçüncü halda), 4.4.2-ci (ikinci halda), 4.4.3-cü (ikinci halda), 4.7-ci (ikinci halda), 20.2-ci maddələrində və 24.2-ci maddəsinin ikinci cümləsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

1.4. həmin Qanunun 4.4.3-cü (üçüncü halda) və 4.4.4-cü (ikinci halda) maddələrində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nəzərdə tutulur;

1.5. həmin Qanunun 4.4.1.2-ci (ikinci halda), 4.4.2-ci (birinci halda), 4.4.3-cü (birinci halda), 4.4.4-cü (birinci halda) maddələrində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.6. həmin Qanunun 4.7-ci maddəsində (birinci halda) "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti nəzərdə tutulur.

2. "Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1683; 2019, № 7, maddə 1217; 2020, № 5, maddə 561) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci bənddə "4.4.1-ci, 4.4.2-ci (hər iki halda), 4.4.3-cü, 4.4.4-cü (hər iki halda), 4.4.5-4.4.9-cu, 4.4.10-cu (hər iki halda), 4.5-ci, 4.6-cı” sözləri "4.4.1.1-ci, 4.4.1.2-ci (hər üç halda), 4.4.2-ci (hər iki halda), 4.4.3-cü (hər üç halda), 4.4.4-cü (hər iki halda), 4.4.8-ci, 4.4.10-cu” sözləri ilə, "24.1-24.4-cü” sözləri "24.1-ci, 24.2-ci (hər iki halda), 24.3-cü, 24.4-cü” sözləri ilə əvəz edilsin və həmin bənddən "25.2-ci” sözlərindən sonra "(hər iki halda)” sözləri çıxarılsın;

2.2. 2.2-ci bənddə "4.4.2-ci” sözləri "4.4.1.2-ci” sözləri ilə əvəz edilsin və həmin bənddən "25.2-ci (ikinci halda),” sözləri çıxarılsın;

2.3. 2.5-ci bənddə "4.4.1-ci, 4.4.2-ci (ikinci halda), 4.4.4-cü (ikinci halda), 4.4.5-4.4.7-ci, 4.4.10-cu (ikinci halda), 4.6-cı, 4.7-ci (birinci halda)” sözləri "4.4.1.1-ci, 4.4.1.2-ci (üçüncü halda), 4.4.2-ci (ikinci halda), 4.4.3-cü (ikinci halda), 4.7-ci (ikinci halda)” sözləri ilə, "24.1-24.4-cü” sözləri "24.1-ci, 24.2-ci (hər iki halda), 24.3-cü, 24.4-cü” sözləri ilə əvəz edilsin;

2.4. 2.6-cı bənddə "Vergilər” sözü "İqtisadiyyat” sözü ilə əvəz edilsin;

2.5. 2.7-ci və 2.8-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

"2.7. həmin Qanunun 4.4.1.2-ci (ikinci halda), 4.4.2-ci (birinci halda), 4.4.3-cü (birinci halda), 4.4.4-cü (birinci halda) və 24.6-cı (ikinci halda) maddələrində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

2.8. həmin Qanunun 4.4.3-cü (üçüncü halda) və 4.4.4-cü (ikinci halda) maddələrində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nəzərdə tutulur;”;

2.6. 2.9-cu bəndə "Nazirliyi” sözündən sonra "və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi” sözləri əlavə edilsin;

2.7. 2.10-cu bənddə "4.4.9-cu və 4.4.10 (birinci halda)” sözləri "4.4.10-cu və 4.7-ci (birinci halda)” sözləri ilə əvəz edilsin;

2.8. 2.11-ci və 2.18-ci bəndlər ləğv edilsin;

2.9. 2.17-ci bənddən "(birinci halda)” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 7 avqust tarixli 162-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 sentyabr 2020-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video