14:52 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


01:30 27.11.2021

Babək hünərli igid


01:30 27.11.2021

Dünyanın yeni problemi


01:26 27.11.2021

BİLDİRİŞ


01:25 27.11.2021

BİLDİRİŞ


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Meşələrdən evlərə gələn dəyərli qida

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:38 10.10.2021

 

Çiçəkli bitkilər təxminən 130 milyon il əvvəl, ondan bir neçə milyon il sonra isə bal verən arılar ortaya çıxıb. Həmin zamandan arılar bal istehsal etməyə başlayıb.

Qədim insanlar bu möcüzəvi qidaya ilk dəfə meşələrdə rast gəliblər. Onlar meşədə qida axtararkən yaşlı ağacların koğuşlarında ətirli maddə ilə dolu olan arı şanıları - bal  tapıblar və o zamandan da baldan istifadə etməyə başlayıblar.

Qədim dövrlərdə Yer üzərində meşələr indikinə nisbətən qat-qat çox idi. Bir çox xalqlar, tayfalar arı ilə o dövrlərdə rastlaşıblar və dünyanın bir çox ərazilərində, xüsusilə Avropada bal yığmaq çox yayılmış bir məşğuliyyət olub. Bunu hamı vacib iş sayırdı. Qayalarda yuva salan arıları Afrika qitəsinin xalqları da müşahidə edib və onların balından bəhrələniblər.

Bal haqqında ilk tarixi qeyd eramızdan əvvəl  2100-cü ildə olub. Alimlərin bəziləri balın ilk dəfə Afrikada tapılması barədə danışsalar da, bəziləri onun Asiyanın cənubunda meydana gəldiyini ehtimal edirlər. Ümumilikdə digər ölkələrə nisbətən arıçılıqla məşğul olan ən axırıncı qitə Amerika sayılır. Arılar bu qitəyə 1675-ci ildə köçürülüb.

Arıların əhliləşdirilməsi, mədəni arıçılığın əsasları insanların meşələrdəki arı pətəklərini öz yaşayış məskənlərinə yaxın gətirməsi ilə başlanıb. Arını ilk dəfə əhliləşdirən misirlilər olub. Bu, təqribən 6500 il əvvəl baş verib. Arı misirlilərdə ölməzlik nişanəsi sayılırdı. Baldan onlar həm bilavasitə yemək üçün, həm də şirniyyat hazırlamaq üçün istifadə edirdilər. Misirlilər arını gildən hazırlanmış pətəklərdə bəsləyirdilər. Köçəri arıçılığın əsasını da ilk dəfə məhz misirlilər qoyublar.

Bala çox dəyərli qida məhsulu kimi baxılan Misirdə bu məhsulun saxlanılmasını, istifadəsini təsdiq edən şəkillər də o dövrdən qorunaraq bugünümüzə gəlib çatıb.  Misirlilər gündəlik mübadilələrində baldan pul kimi də istifadə edirdilər. Qədim yəhudi mədəniyyətinin yazılı abidələrində onun adı dəfələrlə çəkilir. Əsrlərdən bəri almanlar, litvalılar, slavyanlar balın əldə edilməsi ilə məşğul olublar.

Yunanlar və romalılar balı tanrılara layiq bir qida hesab edirdilər.

Arını qədim Almaniyada müqəddəs sayır, ona nizam, səliqə, qənaət, cəsarət, ağıl və istedad rəmzi kimi səcdə edirdilər. Qədim almanlar yeni arı ailələrinin palıd, cökə ağaclarının koğuşlarında təzə yuva qurmasına kömək edib, lazım gəldikdə onu yeni oyuqlara köçürüblər. Almanlar sonrakı müşahidələri zamanı bu qənaətə gəlmişlər ki, süni pətəklər heç də təbii pətəklərdən geri qalmır, onlardan daha çox bal götürmək mümkündür. Onlar arıların daha məhsuldar olması üçün pətəklərin ətrafında müxtəlif ətirli bitkilər əkib.

Assuriyada da yaxşı arıçı sənətkarlar yetişmişdi. Onlar xüsusi səslər çıxarmaqla arıları pətəyə salır, pətəkdən çıxarır, bir sözlə, arı dəstəsini idarə edirdilər. Təsadüfü deyil ki, Assuriya bal və zeytun ixrac edən ölkə kimi tanınıb.

Azərbaycanda arıçılıq qədim tarixə malikdir. Hələ eramızdan əvvəl IX-VIII əsrlərdə  Urartu dövlətində insanlar arıçılıqla məşğul olublar. X-XII əsrlərdə Azərbaycanda arıçılıq inkişaf edib. Hasil edilən arıçılıq məhsulları (bal və mum) başqa ölkələrə ixrac edilib. Xalqımızın dahi şairləri Nizami və Xaqani Azərbaycan balını ilhamla tərənnüm ediblər. Ölkəmizdə arıçılığın tarixinin qədimliyini sübut edən faktlar var. Respublikamızın ərazisindəki çoxlu toponimin adı arı və onun məhsulları ilə bağlıdır. Belə yerlərə Şahdağ zirvəsindən axıb gələn Arısu çayı, onun sahilindəki Arısu kəndi, Gədəbəy rayonundakı Arıtəpə, Ağdərə rayonundakı Ballıqaya, Xankəndi yaxınlığındakı Ballıca kəndlərini və digərlərini qeyd etmək olar.

 

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM