07 May 2014 04:05
485
Elm və texnika
A- A+

Mərkəzi Bankın rəsmi internet səhifəsində interaktiv sorğu platforması istifadəyə verilmişdir

Mərkəzi Bankın rəsmi internet səhifəsinin funksional və texniki imkanlarının daha da genişləndirilməsi və məzmununun daim zənginləşdirilməsi ilə bağlı işlər davam etdirilir.

Bankın kommunikasiya departamentindən AzərTAc-a bildirmişlər ki, səhifədə Azərbaycan və ingilis dillərində yeni sorğu platforması istifadəyə verilmişdir. Bu xüsusi səhifə geniş ictimaiyyətə, institusional çevrələrə Mərkəzi Bankın fəaliyyəti ilə bağlı ünvanlanan müxtəlif mövzularda sorğuların interaktiv rejimdə keçirilməsinə imkan verəcəkdir.
Bu sorğular Mərkəzi Bankın fəaliyyət istiqamətlərinə dair rəy və münasibətlərin daha ətraflı öyrənilməsinə, eyni zamanda, cəmiyyətin maliyyə savadlılığının yüksəlməsinə xidmət göstərməklə bankın missiyasının daha səmərəli həyata keçirilməsinə kömək edəcəkdir.
İlkin olaraq sorğu platformasında Mərkəzi Bankın funksional məsələlərinə dair suallar təqdim olunur.
Mərkəzi Bank rəsmi internet səhifənin bütün ziyarətçilərini bu sorğularda fəal iştirak etməyə dəvət edir

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video