11 Fevral 2012 01:02
962
Milli Məclis
A- A+

Mərkəzi Bankın İdarə Heyətinin yeni üzvləri təyin ediləcək

 

Fevralın 10-da Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib. İclasın gündəliyinə üç məsələ - Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvlərinin təyin edilməsi haqqında, "Narkoloji xidmət və nəzarət haqqında" qanuna dəyişiklik, "Azərbaycan Respublikası hökuməti və İsrail Dövləti hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım haqqında" Sazişin təsdiq edilməsi daxil edilib.

İclasda çıxış edən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə irəli sürülən namizədlərin təyin edilməsi barədə sənədi parlamentə göndərilib. İdarə Heyətinin üzvlüyünə Alim Səlim oğlu Quliyev (birinci müavin), Aftandil Qasım oğlu Babayev (müavin), Vadim Ələddin oğlu Xubanov (müavin) daxil olunub.

Namizədlər barədə geniş məlumat verən Ziyad Səmədzadə qeyd edib ki, adları təqdim olunan hər üç şəxsin ölkənin bank sistemində böyük xidmətləri var.

Çıxış edən deputatlar - Vahid Əhmədov, İlham Əliyev, Xanhüseyn Kazımlı, Çingiz Əsədullayev də bu məsələyə münasibətlərini bildirib Mərkəzi Bankın Azərbaycanın inkişafına verdiyi töhfələrdən söz açıblar.

Sonra "Narkoloji xidmət və nəzarət haqqında" qanuna redaktə xarakterli dəyişiklik müzakirə edilib. "Azərbaycan Respublikası hökuməti və İsrail Dövləti hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım haqqında" Sazişin müzakirəsi zamanı isə qeyd olunub ki, bu saziş Azərbaycanın milli maraqlarına xidmət edir və təsdiq edilməsi məqsədəuyğundur.

Hər üç layihənin Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılması tövsiyə olunub.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video