13 Noyabr 2011 12:11
245
İQTİSADİYYAT
A- A+

Mərkəzi Bank növbəti rüblük pul siyasəti icmalını açıqlayıb

 

Azərbaycan Mərkəzi Bankı 2011-ci ilin ötən dövründə öz siyasətini dünya iqtisadiyyatında qeyri-müəyyənliklərin artması, qabaqcıl ölkələrdə borc probleminin ağırlaşması, dünya maliyyə və əmtəə bazarlarında dəyişkənliyin yüksəlməsi şəraitində həyata keçirib.

Bu barədə Mərkəzi Bankın yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalında bildirilir. Dünya bazarlarında neftin yüksək qiyməti fonunda ölkənin tədiyyə balansında yüksək profisit valyuta ehtiyatlarının artımını təmin edib və iqtisadi artıma müsbət təsir göstərib. Bu fonda Azərbaycan iqtisadiyyatında cari ilin 9 ayında iqtisadi artım prosesləri davam edib və makroiqtisadi sabitlik qorunub. Tədiyyə balansının yüksək profisiti şəraitində manatın ABŞ dollarına qarşı məzənnəsi sabit qalıb və valyuta bazarı özünütənzimləmə rejimində fəaliyyət göstərib. Hesabat dövründə inflyasiya birrəqəmli səviyyədə olub və əsasən ərzaq inflyasiyasından təsirlənib.

Mərkəzi Bank pul siyasətinin bəyan olunmuş başlıca istiqamətlərinə uyğun olaraq öz fəaliyyətini inflyasiyanın məqbul səviyyədə saxlanmasına, manatın məzənnəsinin sabitliyinin qorunmasına, bank-maliyyə sektorunda inkişafın və dayanıqlığın təmin olunmasına yönəldib. Bu hədəflərin reallaşması çərçivəsində Mərkəzi Bank öz siyasətinə korreksiyalar etməklə makroiqtisadi və maliyyə sabitliyinin qorunmasına zəruri dəstək verib. Qlobal ərzaq qiymətlərinin artımını və məcmu tələbin genişlənməsini nəzərə alaraq Mərkəzi Bank antiinflyasiya xarakterli pul siyasəti həyata keçirib.

İcmala əsasən, 2011-ci ilin 9 ayında əlverişli xarici mövqe və daxili tələbin genişlənməsi şəraitində ölkə iqtisadiyyatında artım davam edib. Qlobal mühitdən gələn müəyyən risklərə baxmayaraq, dövr ərzində makroiqtisadi sabitlik qorunub.

Qeyd edilir ki, hökumətin, Mərkəzi Bankın, habelə beynəlxalq institutların proqnozlarına görə, yaxın perspektivdə ölkədə iqtisadi artımın davam edəcəyi gözlənilir. Beynəlxalq Valyuta Fondu açıqladığı son iqtisadi xülasəsində Azərbaycan üzrə iqtisadi artımın bu il və gələn il də davam edəcəyini qeyd edib. Fond ölkə üzrə iqtisadi artımı 2011-ci və 2012-ci illər üçün müvafiq olaraq 0,2 faiz və 7,1 faiz proqnozlaşdırır. O cümlədən, BVF cari ildə Azərbaycanın qeyri-neft sektoru üzrə ÜDM-in 9 faizdən çox artacağını proqnozlaşdırır.

İcmalda deyilir ki, AMB tərəfindən aparılan Real Sektorun Monitorinqi (RSM) də iqtisadi aktivlik üzrə gözləntilərin optimist olduğunu göstərir. Belə ki, RSM-in nəticələrinə əsasən, ilin əvvəlindən sənaye üzrə istehsal və xidmət üzrə tələb gözləntisi indeksi artıma meyillidir. Pozitiv gözləntilər xüsusilə sənayenin kimya, tikinti materiallarının istehsalı və toxuculuq alt seksiyalarında, xidmətin isə rabitə, hotel, nəqliyyat seqmentlərində müşahidə edilir. Gözləntilərin belə pozitiv olması sənayedə realizə olunmamış izafi mal ehtiyatının azalmasında da özünü büruzə verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video