03:21 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:03 16.10.2021

16 oktyabr


00:53 16.10.2021

Qoruyucu “Dendra”


00:53 16.10.2021

Fişəngdən silaha


00:52 16.10.2021

İlk kimyəvi silah


00:50 16.10.2021

Süni gözlər


00:46 16.10.2021

“Ağıllı” saplar


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Məqbərələr tanınmış şəxsiyyətlərə ehtiram rəmzidir
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
01:12 15.12.2011

 

Zamanın sınaqlarından  keçərək bu günümüzə gəlib çıxmış bir sıra maddi-mədəniyyət abidələri sırasında məqbərələr  də tarixilik baxımından mühüm əhəmiyyət daşıyır. Onlar da maddi-mədəniyyət abidələri kimi, özlərində tarixin və şəxsiyyətlərin izlərini qoruyub saxlayır.  O da faktdır ki, tarixi simaların məzarları üstündə ucaldılmış məqbərələrə bütün dövrlərdə münasibət birmənalı olmayıb.  Xüsusilə sovetlər rejimi dövründə onların bir çoxunun qalıqları belə yox edilib.

Hazırda respublikamızın ərazisində mövcud olan məqbərələri mahiyyətinə, tarixi əhəmiyyətinə, daşıdıqları funksiyalara görə  belə təsnif etmək olar.

Qax rayonunun Oncallı kənd  qəbiristanlığında çay daşı və bişmiş  kərpicdən tikilmiş Hacı Tapdıq və Şeyx Yunis İmrə məqbərələri də dərin qatlarından soraq verən abidələrdəndir. Məqbərənin yerləşdiyi  ərazi yerli əhali tərəfindən oğuz qəbiristanlığı adı ilə tanınır və  müqəddəs yer sayıldığından, ziyarət edilir. Hər iki məqbərə məzarlar üzərində tikilib və yer səthindən təxminən 1 metr hündürlüyündədir.

Şeyx Yunisin  məzarının üstü təxminən 1400-cü ildə Mirzə Çələbi Soltan ibn Məhəmməd ibn Məhəmməd Zaman ibn İmam Əli adlı şəxs tərəfindən tikildiyi bildirilir.

Hacı Tapdığın məzarı üzərindəki məqbərə ondan təxminən üç əsr sonra, daha doğrusu, 1786-cı ildə Şeyx Mirzə Çələbi və Şeyx Salman ibn Saleh tərəfindən inşa olunub.

El arasında Hacı Tapdıq baba və Şeyx Yunis xanəgahı kimi tanınan hər iki ziyarətgah bir vaxtlar karvan-ticarət yolu üstündə (İpək yolu) fəaliyyət göstərmiş siyasi-ideoloji mərkəzlərdən hesab edilib.

Tarixi və mədəni abidələrlə zənginlik baxımından Abşeronun ərazisi də xüsusi diqqət  çəkir. Bakının Qala kəndindəki qədim qəbiristanlıqda fərqli ayinləri əks etdirən müxtəlif tipli qəbirlərə də rast gəlmək mümkündür. Memarlıq nümunələri sayılan məqbərələrdən biri də buradadır. 1624-1625-ci illərdə tikilməsi güman edilən Məhəmməd məqbərsinin divarlarında "güllə yarası" bu gün də qalmaqdadır. Məqbərənin yerləşdiyi  qəbiristanlıq dəhşətli repressiya illərinin şahidi olub. O zamanlar sovet hakimiyyətinin əleyhinə çıxan qalalılar məhz bu qəbirisatanlıqda və məqbərənin yanında güllələnmişlər. Divarlarda qalan güllə deşikləri bu tarixi faktı özündə saxlamaqdadır.

Burada daha bir məqbərə də var. XVIII  əsrə aid edilən məqbərənin sərdabəsi, digərlərindən fərqli şəkildə, yeraltı  tikilib. Buradakı məqbərənin digərlərindən fərqliliyi həm də onun çadır formasında tikilməsidir ki, bu da  türk xalqlarında mərhumun  məzarı üzərində çadır qurmaq ənənəsini özündə saxlayan daha bir tarixi faktdır.

Qəbirüstü abidələr, məqbərələr tikmək ənənəsi sonradan da davam etdirilib. Buna nümunə kimi iki məqbərəni göstərmək olar. Onlardan biri Nizami Gəncəvi, digəri isə Hüseyn Cavid məqbərəsidir.

Gəncə ərazisindəki ən möhtəşəm abidələrdən biri sayılan Nizami məqbərəsi dahi şairin anadan olmasının 750 illik yubileyi münasibəti ilə tikilib. Ötən əsrin 40-cı illərində dağıntıya məruz qalmış abidələrimizdən biri də məhz Nizami məqbərəsi idi. Dağıdılmış qədim məqbərənin yerində bu gün daha möhətəşəm və əzəmətli bir abidə ucalır. Yeniləşməkdə, müasirləşməkdə olan qədim Gəncənin abadlaşan abidə komplekslərindən biri də məhz  bu məqbərədir. Məqbərə yer sətindən 20 metr hündürlükdə, silindirik formada mərmərdən tikilib. Hazırda ətrafında dahi şairin əsərlərini tərənnüm edən lövhələr qurulur,  abadlıq işləri aparılır.

Xalqımızın ölməz sənət əsərləri yaratmış daha bir simasının xatirəsini əbədiləşdirən məqbərə Hüseyn Cavidin adının şərəfinə  ulu öndər Heydər Əliyevin  şəxsi təşəbbüsü və himayəsi ilə tikilmiş məbəddir. Layihə müəllifi  respublikanın  əməkdar memarı Rasim Əliyev, heykəltəraşı xalq rəssamı Ömər Eldarovdur. Naxçıvan-Marağa memarlıq məktəbinə məxsus məqbərə 1996-cı ildə inşa olunub. Hazırda muzey kimi fəaliyyət göstərən Hüseyn Cavid məqbərəsi möhtəşəm  memarlıq-xatirə kompleksidir. Əcəmi Naxçıvani memarlıq üslubunun təsiri aydın hiss olunan bu məqbərə üst və alt (sərdabə) hissələrdən ibarətdir. Sərdabə tikilərkən  şairin həyat yoldaşı Mişkinaz xanımla oğlu Ərtoğrolun  qəbirləri də buraya köçürülüb.  Cavidin son yadigarı olan qızı Turan xanım  da bu müqəddəs məkanda dəfn edilib. Türkiyənin "Star" inşaat şirkəti tərəfindən tikilən məqbərənin açılışı  Hüseyn Cavidin 114 illiyi münasibətilə 1996-cı il oktyabrın 29-da olmuşdur.

Beləliklə, hər daşında bir tarix yatan memarlıq nümunələri bütün dövrlər üçün aktualdır, onları  qorumaq isə hər azərbaycanlının vətəndaşlıq borcudur.

 

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM